Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Yeməmisən qaz ətini, nə biləsən ləzzətini ... Gəzən vitamin sayılan qaz nə zaman yeyilməlidir? Video

Yeməmisən qaz ətini, nə biləsən ləzzətini ... Gəzən vitamin sayılan qaz nə zaman yeyilməlidir? Video

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Dünya mətbəxində müxtəlif formalarda öz yerini tutan qaz ətinin Azərbaycan mətbəxində də özünəməxsus yeri var. Hətta Azərbaycanda bir misal var: “yeməmisən qaz ətini, nə biləsən ləzzətini”... Bu misal adətən qaz ətini bəyənməyənlər üçün çəkilir.Qaz əti nə zaman yeyilməlidir?

Bəli, qaz ətini yeməyin də bir mövsümü var. Məsələn, yayın istisində qaz əti yemək mümkün deyil. Çünki yazdan payıza qədər baxılan və inkubasiya edilən qazlar qış mövsümünün ilk aylarında ət istehlakına hazır vəziyyətə gətirilir.

Duzla ovularaq konservləşdirilmiş qaz əti çox dadlı və sağlam ətdir. Dadı ilə yanaşı, tərkibindəki vitamin və minerallarla insanlar üçün çox faydalı qida qaynağıdır. Ağır və yağlı bir ət olan qaz ətinin zərərli olması ilə bağlı müxtəlif söz-söhbətlər yayılsa da, bu mövzuda sübut olunmuş məlumat yoxdur.

Qaz əti ağır və yağlı olduğu üçün ürək-damar xəstəlikləri və xolesterolu olanlara tövsiyə edilmir.

Qaz ətinin bulyonu ətin özü qədər dadlı və faydalıdır.

Bəzi mənbələr qaz ətindən şorba hazırlayıb adi halda içməyin saç və dəri sağlamlığı üçün çox faydalı olduğunu iddia edirlər.

Qaz ətində olan fosfor və kalsium diş əti və sümüklər üçün çox faydalıdır. Tərkibindəki B6 vitamini immunitet sistemini gücləndirdiyi halda, B5 vitamini saçın təbii rəngini qorumağa kömək edə bilər.

Qaz ətinin proteini, kalorisi və qida dəyəri...

Qida dəyəri ilə seçilən qaz ətində yüksək miqdarda protein var. 100 qram qaz əti yetkin bir insanın gündəlik protein ehtiyacının demək olar ki, yarısını ödəyir. Qaz əti kompleks B vitaminləri, E vitamini və A vitamini kimi vitaminlərlə zəngindir və həmçinin selenium, dəmir, kalium, kalsium və fosfor kimi sağlamlıq üçün vacib olan mineralları ehtiva edir.

Qaz əti də kalorilərlə zəngin qidadır. Çox yağlı bir quş növü olan qaz ətinin bir porsiyası, yəni 140 qramda təxminən 31 qram yağ, 35 qram protein və 427 kalori var.

Digər heyvani yağlarla müqayisədə daha sağlam yağ tərkibinə malik olan qaz əti yüksək qida dəyərinə görə böyümə və inkişaf dövründə uşaqlar üçün çox faydalıdır.

100 qram qaz yağında təxminən 32 qram doymuş yağ, 55 qram təkli doymamış yağ və 11 qram çox doymamış yağ var. Tərkibində orta hesabla 58% olein turşusu olduğu üçün digər heyvani yağlardan daha sağlam hesab olunur.

Tərkibindəki yüksək protein, vitamin və yağ səbəbiylə bəzi xəstəliklərə qarşı bədənin müqavimətini artırdığı düşünülür və zəifləmiş orqanlar tərəfindən istehlak edilməsi tövsiyə edilir. Qaz əti yüksək protein dəyəri olan qidadır. Bu xüsusiyyəti sayəsində zədələnmiş bədən hüceyrələrinin bərpasına və yeni hüceyrə toxumalarının əmələ gəlməsinə kömək edir. O, həmçinin qan vasitəsilə oksigenin toxumalara daşınmasını dəstəkləyir. Tərkibindəki antioksidan vitaminlər və minerallar bədəndən toksinləri çıxarmağa kömək edir. Bədənin immun sistemini dəstəkləyərək xəstəliklərdən qoruyur. Çoxlu doymamış və mono doymamış yağ turşuları tərkibində pis xolesterol olaraq təyin olunan aşağı LDL-ni ehtiva edir və ümumi xolesterin üzərində tənzimləyici təsir göstərir. Tərkibindəki kalsium sayəsində sağlam sümük və dişlərin inkişafını təmin edir. Ətindəki E vitamini, sink və selen kimi vitamin və minerallar cinsi gücü artıran afrodizyak təsirə malikdir. Zəngin B kompleks vitaminləri mənbəyi olan qaz əti sinir sistemi, qan dövranı və həzm sisteminin düzgün işləməsinə kömək edir. Bununla belə, hər bir qida maddəsi kimi, qaz ətinin zərərləri arasında yüksək yağ tərkibinə görə çəki artımı da var.

Noyabr ayından etibarən qazlar kəsilməyə başlanıb və onların əti satışa çıxarılır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see242

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see228

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see225

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see223

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see169

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see166

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see155

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see152

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see149

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see141

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri