Yeni şəxsiyyət vəsiqəsi verilməyə başlanıb: Hansı üstünlükləri olacaq? FOTO
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Artıq bir aydır ki, Bakıda yeni şəxsiyyət vəsiqələri verilir.
Ölkə.Az xəbər verir ki, yeni vəsiqələrdə köhnədən fərqli olaraq vətəndaşın doğulduğu yerlə yanaşı, ünvanı da qeyd edilib.
Bundan əlavə, yeni şəxsiyyət vəsiqəsindəki elektron daşıyıcıda (çip) əvvəlki versiya ilə müqayisədə bir qədər çox zəruri məlumatlar saxlanılır.
Qeyd olunur ki, yaxın gələcəkdə yeni vəsiqə ilə təmassız şəkildə müxtəlif əməliyyatlar icra etmək mümkün olacaq.
Hazırda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesi yalnız paytaxtda fəaliyyət göstəən ASAN Xidmət mərkəzlərində aparılır. Paytaxtda yeni çipli vəsiqələrin yalnız 5 saylı ASAN Xidmət mərkəzində verilmədiyi bildirilir.
Əldə etdiyimiz məlumata görə, bu yenilik yaxın gələcəkdə rayonlarda da tətbiq ediləcək.
Qeyd edək ki, şəxsiyyət vəsiqələrində dəyişiklik Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklikləri təsdiq etməsindən sonra bu ildən tətbiq edilir.
Dəyişiklik Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə həyata keçirilir.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 22 Oktyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















