Yunanıstanın bu qərarının heç bir əhəmiyyəti yoxdur XİN
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Beynəlxalq müqavilələrlə Yunanıstana verilməmiş coğrafi formasiyalar da daxil olmaqla, sözügedən sənəd Türkiyə ilə Yunanıstan arasında bir-biri ilə bağlı Egey problemləri kontekstində Türkiyə üçün heç bir hüquqi nəticə doğurmur.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli Yunanıstanın avqustun 7-də Egey dənizini də əhatə edən Turizm üzrə Xüsusi Məkan Çərçivəsini elan etməsinə münasibət bildirərkən deyib.
“Ətraf mühitin qorunması kimi ümumbəşəri dəyərlərin siyasi məqsədlər naminə alətə çevrilməsi istiqamətində cəhdlər nəticəsizdir və bu, Türkiyənin mövcud hüquqi mövqeyinə heç bir təsir göstərməyəcək.
Egey və Aralıq kimi qapalı və ya yarımqapalı dənizlərdə birtərəfli addımlardan çəkinmək lazımdır. Beynəlxalq dəniz hüququ bu sularda sahilyanı dövlətlər arasında, o cümlədən ətraf mühit məsələləri üzrə əməkdaşlığı təşviq edir”, - o qeyd edib.
Türkiyə Egey dənizinin iki sahilyanı dövlətindən biri kimi Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğunu bir daha bəyan edib.
Qeyd olunub ki, Türkiyə 2023-cü il dekabrın 7-də qəbul edilən Afina Dostluq Münasibətləri və Yaxşı Qonşuluq Bəyannaməsi çərçivəsində problemlərin beynəlxalq hüquq, ədalət və mehriban qonşuluq prinsipləri əsasında səmimi və hərtərəfli yanaşma ilə həll edilməsinə dair mövqeyini qoruyub saxlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 07 Avqust 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















