Icma.az
close
up
RU
Zəngəzur dəhlizi açıldıqda bütün ölkələr bunun müsbət nəticələrini görəcək

Zəngəzur dəhlizi açıldıqda bütün ölkələr bunun müsbət nəticələrini görəcək

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İndi həm dünyada, həm də regionumuzda bir çox siyasi şərhçilər, hərbi ekspertlər, köşə yazarları ötən gün üç qardaş ölkənin liderlərinin Laçında keçirilən ikinci Zirvə görüşündən danışır, yazır, şərh verirlər. Laçın Zirvəsinə bu qədər böyük marağın olması tamamilə təbiidir. Çünki həm Laçın Beynəlxalq Hava limanının açılışı, həm də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü nəticəsində formalaşan üçtərəfli hərbi-siyasi əməkdaşlıq formatı Laçını Şərqi Zəngəzurun güc rəmzi kimi önə çıxartdı. Ən əsası isə, sözügedən Zirvə görüşünün Laçında keçirilməsinin özü ayrıca bir mesajdır.
Bu, danılmaz faktdır ki, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə atdığı uğurlu siyasi addımları artıq öz bəhrəsini verir. Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli hərbi-siyasi əməkdaşlığının yeni regional platforma kimi ortaya çıxması da məhz həmin siyasi addımların nəticəsidir. Bu baxımdan, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında - Qələbəmizin mühüm satrateji ünvanlarından birində bir araya gəlməsi gücümüzün və birliyimizin təqdimatı olmaqla yanaşı, dünyaya verilən önəmli mesaj kimi dəyərləndirilməlidir. Bu, Azərbaycana verilən dəstək və həmrəylik mesajı, birlik ismarıcı idi.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif Laçında bir araya gələrək üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədilər. Ona görə də Prezident İlham Əliyevin Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirdiyi "əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq" sözləri Azərbaycana qarşı məkrli planlar cızan güclərə də qapaq oldu. Bəli, Azərbaycan-Türkiyə-Pakistan birliyi ortaq düşmənlərimizi neytrallaşdırmaq üçün ən uğurlu formatdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl çıxışında qalib Azərbaycanımızın nailiyyətlərini, uğurlarını ümumi qürur mənbəyi kimi qiymətləndirməsi və İlham Əliyevin Türkiyə və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələri xüsusi olaraq vurğulaması da birliyimizin ən yüksək səviyyədə olduğunu göstərir: "Azərbaycanın nailiyyətləri ümumi qürur mənbəyidir. Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir və təkcə region deyil, bütün dünya üçün əməkdaşlıq nümunəsinə çevrilir".
Beləliklə, üç ölkənin liderləri tərəfindən Laçından verilən mesajlar dostlarımızla yanaşı, Ermənistana və onun ənənəvi havadarlarına çox ciddi xəbərdarlıq oldu. Fransa, Rusiya, İran, Hindistan kimi ölkələrin Ermənistanı revanşizmə təhrik etməsi onsuz da heçnəyi dəyişməyəcək. Çünki Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı yeni reallıqları son beş ildə daha da möhkəmləndirib. Laçında keçirilən Üçtərəfli Zirvə Toplantısı da elə Azərbaycanın yaratdığı bu yeni reallıqların nümayişidir.
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatı bu qəbildən olan digər hərbi-siyasi formatlardan çox fərqlidir və unikaldır. Çünki bu platforma təkcə gücümüzün nümayişinə yox, həmçinin regionda və dünyada sülhün və sabitliyin bərqərar edilməsinə hesablanıb. Şər qüvvələri yalnız Xeyirin gücü ilə ram etmək, sülhə məcbur etmək mümkündür. Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən, İranın və Rusiyanın Suriyada Türkiyə tərəfindən, Hindistanın isə son toqquşma zamanı Pakistan tərəfindən neytrallaşdırılması bu fikrimizin əyani təsdiqidir.
Odur ki, üç qardaş ölkənin müdafiə sahəsində əməkdaşlığı birmənalı olaraq yalnız və yalnız sülhə xidmət edir. Bu mənada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan qayıdarkən jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırdığı zaman ölkəsinin Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olmasına böyük əhəmiyyət verdiyini vurğulaması heç də təsadüfi deyil: "Biz Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olmasına böyük əhəmiyyət veririk. Azərbaycan və Ermənistan arasında atılan addımları alqışlayırıq. Biz də sülh prosesinin inkişaf yolu ilə bağlı əldə olunan razılaşmanın sabitlik sazişinin mətni olacağına ümid edirik”.
Ərdoğan həmçinin Laçın Beynəlxalq Hava Limanının da əslində sülh platforması olduğunu bildirib. Türkiyə lideri deyib ki, bu platforma bölgəni dünyaya birləşdirəcək, Laçını və ətrafını firavan gələcəyə hazırlayacaq: “Hava limanı təkcə yerləşdiyi regionun deyil, bütün Azərbaycanın potensialını, başqa sözlə, ölkə daxilində hərəkətə gətirəcək. Bu infrastruktur sərmayələri həm də sülhə yol açacaq".
Beləliklə, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçından verdikləri ismarıclar həm də sülh ismarıcları idi. Söhbət real sülhdən gedir. Odur ki, Ermənistan da sülh imitasiyasından əl çəkib, artıq real sülhə fokuslanmalıdır. Bu sülh yalnız Azərbaycan və Ermənistan üçün deyil, bölgə ölkələri üçün də önəmlidir. Azərbaycanla Ermənistan arasında sülh, Türkiyə ilə Ermənistan arasında isə normallaşma təmin olunduqda və Zəngəzur dəhlizi açıldıqda bütün ölkələr bunun müsbət nəticələrini görəcək. Odur ki, təkcə Ermənistan yox, İran, Rusiya kimi qonşu ölkələr də sülhə əngəl olmaq yox, dəstək vermək yolunu tutmalıdırlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 May 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see195

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see166

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see134

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri