Zirənin futbolçusuna 4 oyunluq cəza, Sumqayıta texniki məğlubiyyət verildi
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda Əvəzedicilər liqasının XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);
9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Kəpəz-2” – “Zirə-2” oyunu bitdikdən sonra “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Zirə-2” komandası 300 manat cərimə edilir (maddə 43.3);
9 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XVI turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olduğuna görə “Sumqayıt-2” komandasına texniki məğlubiyyət verilir (hesab 0:3 saxlanılır), “Sumqayıt-2” komandası 400 manat cərimə edilir (maddə 61.6).
saytlarin hazirlanmasi
Baxış sayı:96
Bu xəbər 12 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















