Icma.az
close
up
RU
10 dəqiqədən artıq baxa bilmədim Səriyyə filmi haqqında

10 dəqiqədən artıq baxa bilmədim Səriyyə filmi haqqında

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Əlixan Rəcəbovun "Səriyyə" filmi haqqında Mirmehdi Ağaoğlunun təəssüratını təqdim edir.

Bir pis xasiyyətim var: çox nadir hallarda oxuduğum əsəri, baxdığım filmi yarıda qoyaram. Bəyənməsəm belə, axırına çıxmağa çalışaram. Düşünürəm ki, bəlkə, axtardığım o mücövhər elə əsərin sonundadır, bunun üçün hövsələmi basaram. Amma Allaha and olsun, nə qədər çalışsam da, Əlixan Rəcəbovun “Səriyyə” filminə 10 dəqiqədən artıq baxa bilmədim, qalanının da birtəhər fırlaya-fırlaya axırına çıxdım. Axırda da böyük bir məyusluq!..

Əlixan bəy erkən nikah kimi ağır sosial mövzunu ekrana gətirib.
Əlində “Kinder” tutan uşaq ümidi ilə mövzudan dram gözlədiyimiz halda içindən komediya çıxır, hətta qurban belə obrazına ciddiyyət qata bilmir.
Nəticədə ağır bir mövzunu istismar edən banal iş ortaya qoyulur.
Mən belə “mal xarab edən işləri” Manaf Ağayevin kliplərində görmüşəm.

Əlixan bəyin Tik-toker dostlarını başına yığıb komediya çıxarması bir yana, mövzuya yanaşma da əskiyib.
Bizdə erkən nikah haqqında ümumi təsəvvür nədir?
Azyaşlı oxumaq istəyir, ailəsi onu zorla ayırıb ərə verir, ər isə kobud, vəhşinin biridir.
Bu “Molla Nəsrəddin” səhifələrindən düşmə qəlib çoxdan öz istismar müddətini bitirib. Əgər Əlixan bəy filmdən qabaq kiçik araşdırma aparsaydı, görərdi ki, erkən nikahın qurbanı olan azyaşlıların çoxu bizim düşüncələrimizin əksinə bu evliliyi könüllü istəyir və həddi-buluğ yaşına qədəm qoyan gündən ağ gəlinlik, imkanlı ər xəyalı ilə yaşayırlar.
Buna görə də ölkədə erkən nikahların səbəbi daha dərində gizlənib. Əgər erkən nihakların qarşısını almaq istəyiriksə, ilk növbədə həmən qızcığazların cəmiyyət, valideynləri tərəfindən yuyulmuş başlarını bu axmaq düşüncələrdən təmizləməliyik. Görünür, bunu etmədiyimiz üçün də problem həll edilməz qalır.

Əgər Əlixan bəy mövzuya ənənəvi baxış müstəvisində yanaşmasaydı, normal bir dram ortaya çıxardı.
Hə, bu yerdə qarşı tərəf bizə “O olmasın, bu olsun”u nümunə gətirib deyə bilər ki, o da komediyadır, “Səriyyə” də. Lakin qarşı tərəf bir məsələdə yanılır ki, “O olmasın, bu olsun”da aktyorlar personajları olduqları kimi göstərirlər, “Səriyyə”də isə aktyorlar karikatura yaratmağa çalışırlar. Ən çox da Səriyyənin anası və “nişanlı”sının rollarında bu şişirtmələr aydın görünür və tamaşaçını vurur. Amma insafən qızcığaz öz rolunu yaxşı yaradıb.

Daha nə deyim! Heyətə yaxşı bədii əsərlər ortaya qoymağı arzulayıram.

Qara qarğa - Aslan Quliyevin hekayəsi Səhər yeməyi - Günün hekayəsi “Üzeyir Mehdizadə məni hədələdi ki, o videonu silməlisən” - "Cənab Ülvi" ilə müsahibə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Mart 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri