Icma.az
close
up
RU
“107 il əvvəl: Bakının azadlığı milli dövlətçiliyimizin təməli oldu”

“107 il əvvəl: Bakının azadlığı milli dövlətçiliyimizin təməli oldu”

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"107 il əvvəl – 1918-ci ilin 15 sentyabrında Azərbaycan xalqı tarixi bir qurtuluş gününə şahid oldu. Bakı, düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi".

Ölkə.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Qüvvələrinin birgə qəhrəmanlığı nəticəsində Bakıda azadlıq bayrağı ucaldıldı:

"Bu, təkcə hərbi qələbə deyildi – bu, milli iradənin, azadlıq amalının və qardaşlığın rəmzi idi.

Bakının azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsinə, milli dövlətçilik ideyalarının daha da güclənməsinə xidmət etdi. O günün qəhrəmanlarının fədakarlığı bu gün də xalqımızın yaddaşında silinməz iz buraxıb.

Bu gün biz həmin şanlı tarixi qürurla yad edir, şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anırıq. Qəhrəmanlıqla yazılmış o səhifə Azərbaycan xalqının azadlıq iradəsinin əbədi simvoludur.

Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığı tarix boyu gücümüzün dayağı olmuş, bu gün də davam etməkdədir. 1918-ci ildə Bakının azadlığında yan-yana döyüşən Azərbaycan və Osmanlı Türkiyəsinin övladlarının qanı eyni torpaqda qarışdı. Bu qardaşlıq ruhu xalqımızın yaddaşında əbədi olaraq yaşayır.

Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi bu münasibətlərin əsasını qoydu. Bu gün isə Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan regionun söz sahibi, qalib və güclü bir dövlətə çevrilib.

Tariximizdən aldığımız güc, bu günümüzün zəfərləri və gələcəyimizin parlaq yoludur! Bu gün hər birimiz – xüsusilə də gənc nəslimiz – həmin şanlı irsi yaşatmaq, dövlətimizi daha da möhkəmləndirmək, Vətənimizə sədaqətlə xidmət etmək kimi böyük bir məsuliyyət daşıyırıq. Gənclərimizin üzərinə düşən vəzifə, yalnız qəhrəmanlıq tariximizi qorumaq deyil, həm də onu yeni nailiyyətlərlə zənginləşdirməkdir".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri