Belçikada hava nəqliyyatı iflic olacaq Səbəb
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Belçikada hava hərəkəti dispetçerlərinin ümummilli tətilə qoşulması səbəbindən noyabrın 23-də hava nəqliyyatının fəaliyyəti faktiki olaraq iflic olacaq. Bu, son 11 ay ərzində ölkənin hava məkanına təsir göstərən 11-ci tətildir.
Moderator.az xəbər verir ki, bu barədə "Skeyes" şirkəti məlumat yayıb.
Bildirilib ki, hava hərəkəti dispetçerləri qənaət tədbirlərinə qarşı keçirilən ümummilli etiraz aksiyasına qoşulacaqlar. Bu səbəbdən "Skeyes" şirkəti hava hərəkətinin adi qaydada idarə olunmasını təmin edə bilməyəcək.
Şirkətin məlumatına görə, yerli vaxtla saat 07:00-dan 21:00-dək Belçika hava limanlarında və şirkətin məsuliyyət daşıdığı hava məkanında standart hava hərəkətinin idarə edilməsi xidmətləri göstərilməyəcək.
Tətilə qoşulan dispetçerlərin sayının çox olması səbəbindən iş başında qalacaq əməkdaşlar təhlükəsizlik tələblərinə uyğun şəkildə normal hava hərəkətini təmin etmək üçün kifayət etməyəcəklər.
Bu müddət ərzində yalnız fövqəladə hallar və uçuş təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıyan reyslər üçün minimum xidmətlər göstəriləcək.
Sərnişinlərə uçuşlarının statusunu dəqiqləşdirmək üçün müvafiq aviaşirkətlərlə əlaqə saxlamaları tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Noyabr 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















