Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525 ci qəzet Məbəd dövrü bitir, haqq hesab dövrü başlayır So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525 ci qəzet Məbəd dövrü bitir, haqq hesab dövrü başlayır So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Orxan Fikrətoğlu, Əməkdar incəsənət xadimi:

- Tramp ən əvvəl Amerikanı, sonra bütün dünyanı "gəlir" və "çıxar" əxlaqlı biznes qanunlarına tabe etməklə Qərbin uzun illərdən bəri ideoloji zəmində Şərqə ixrac etdiyi müxtəlif təyinatlı siyasi nağılları da tarixə gömür.

Tramp Amerikanı uğurlu və gəlirli biznes layihəyə çevirməklə ölkəsinin Avropa siyasətini də şəxsi maraqları üzərindən təyin edir.

Çin, Hindistan və Rusiya kimi ancaq siyasi zəmində və hərbi kontrolda saxlanılmalı olan potensiallı ölkələri də yeni idarəçilik modelinə yönləndirə biləcəyini düşünür.

Tramp yeni siyasi model təklif edir. Və onun ilk dağıtmağa çalışdığı büt yüz ildir hər kəsə işləsə və vergi ödəsə, "uğur hekayələri" vəd edən Amerika mifidir.

Tramp bunu bacaracaqmı?

Amerika bürokratiyası onu məhv edəcəkmi?

Sual ritorikdir. Amma görünən həqiqət acınacaqlıdır. Trampın sosial sifariş kimi dünyaya təlqin etdiyi dəyərlər modelində bizim ənənəvi olaraq tanıdığımız və qəbul etdiyimiz milli yaddaşdan qaynaqlanan MƏDƏNİYYƏTİMİZ yoxdur.

Dünya Trampın arxasınca getsə ruhsal dəyərlər, dini, milli, əxlaqi davranışlar da təftiş olunacaq. Ancaq "gəlir" gətirəni yaşayacaq.

Bir sözlə, "bazar olsun əğraba! Dünyanın məbəd dövrü bitir. Haqq-hesab dövrü, alver dövrü başlayır". Bundan sonra ABŞ-nin siyasi nağılları dünyaya yeni texnointibah modelləri vasitəsiylə satılacaq. Bundan sonra qullar ağalarının onları idarə etmək "nağıllarını" öz pullarıyla almalıdırlar.

Absurd modellərdən xilas olmanın məlhəmi, güclü dövlət-güclü lider-güclü ordu, güclü və vahid xalq tandemidir. Bir də milli yaddaşdan qaynaqlanan, ənənə üzərindən pardaxlanan mədəniyyətin yaratdığı ruhsal hal.

Elşad Paşasoy, jurnalist:

- Məsud Pezeşkian prezident seçiləndə efirlərin birində demişdim ki, İranda prezident işləmək asan məsələ deyil... Bir sıra hallarda Türk dünyası, həmçinin Azərbaycanla bağlı ehtiyatlı mövqe tutmasına tənqidi yanaşanlar yəqin izlədilər... Təbrizə, öz yurduna səfər edən Məsud Pezeşkian Şəhriyardan iki bənd şeir deyən kimi şovinistlərin nümayəndəsi tribunaya yaxınlaşıb, xəbərdarlıq qeydini təqdim edir. Təsəvvür edin, ölkənin prezidentinə!

Məsud bəy isə çıxılmaz və pərt halda farsca: "İki cümlə türkcə şeir oxumaqda problem yoxdur", deməklə vəziyyətdən çıxmağa çalışır. 1979-cu il Konstitusiyasına əsasən, 40 milyondan artıq türk xalqına ana dilində təhsil haqqı tanımayan rejim soydaşımızı dilində danışmağa belə qoymur. Özü də prezidenti! Bu quruluş dağılmağa məhkumdur!

Asif Nərimanlı, jurnalist:

- Ukrayna müharibəsində - bu ölkənin düşdüyü vəziyyətə görə Zelenski günahkardırmı?

Bu, Azərbaycan cəmiyyətində də ən çox müzakirə edilən, fikirlərin haçalandığı məsələdir. Zelenskinin siyasətçi, dövlət başçısı kimi səhvləri, yanlış qərarları ola bilər, amma baş verənlərə görə "əsas günahkar" elan olunması doğru deyil.

Birincisi, 2014-cü ildə Rusiya ilə başlanan münaqişə Zelenskiyə miras qalıb və yaranmış vəziyyəti dəyişdirmək çətin idi;

İkincisi, Qərb 2014-cü ildə Donbas müharibəsinin başlandığı dövrdən etibarən, heç vaxt Ukraynaya tam dəstək verməyib: "Normand formatı"ndakı danışıqlarda Almaniya və Fransa daha çox Rusiya ilə anlaşmaq xəttini izləyirdi, nəinki Ukraynanın ərazi bütövlüyünün bərpasını; 2022-ci ildə Rusiyanın hücumundan sonra da Qərbdən istənilən dəstək gəlmədi, hətta Avropa ölkələri Ukraynaya "onsuz da duruş gətirə bilməyəcəksiniz" deyirdilər; Qərbin əsas məqsədi müharibənin Ukrayna sərhədlərindən kənara çıxmaması, Avropaya sıçramaması olub;

Üçüncüsü, Zelenski müharibənin başlanmamasına çalışırdı, hətta Donbas məsələsinin həlli üçün alternativ platformalar da axtarıb: bunun üçün 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış təcrübədən - problemin regional müstəvidə həlli variantından da istifadə etmək istəyirdi, Türkiyə ilə yaxınlaşmaq, Ankaranın vasitəçiliyindən istifadə etmək siyasəti buna hesablanmışdı, lakin imkan verilmədi.

Çünki Ukrayna müharibəsi geosiyasi hesablaşmanın tərkib hissəsi idi və Zelenski yox, başqa biri olsaydı da, bu başlayacaqdı. Müharibə başlayanda bu haqda yazmışdıq: hədəf Avropanın "güc mərkəzi" olmaq, Çinin qlobal gücə çevrilmək planlarının qarşısını alınması və ABŞ-nin lider olduğu təkqütblü sistemin qorunmasıdır; Bayden və Tramp administrasiyasının fərqli yanaşmaları olsa da, hədəf eynidir və müəyyən qədər də olsa, buna nail olunub. Rusiyanın da əsas hədəfi yeni geosiyasi şərtlərdə "regional" yox, "dünya gücü" kimi qəbul edilmək idi.

Ukrayna bu, geosiyasi hesablaşmada poliqon kimi istifadə edildi.

Elxan Şahinoğlu, politoloq:

- Tramp Azərbaycanda çalışmış keçmiş diplomatı yola saldı

ABŞ Prezidenti Donald Tramp hind əsilli ekspert Pol Kapuru dövlət katibinin Cənubi Asiya üzrə müavini vəzifəsinə irəli sürüb. Pol Kapur yeni vəzifəsində Donald Lunu əvəz edəcək. Donald Lu vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində də çalışıb, təxminən bir il ərzində səfiri əvəz edib, müvəqqəti işlər vəkili olub. Donald Lunun hazırkı vəzifədə səlahiyyət müddəti 17 yanvar 2025-ci ildə bitib.

Pol Kapur özü də Cənubi Asiya üzrə mütəxəssis sayılır. O, məşhur Stenford Universitetinnin nəzdindəki Quver İnstitutunun aparıcı əməkdaşıdır. Onun təhqiqat sahəsinə Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qazaxıstan, Maldiv, Nepal, Pakistan, Şri-Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. Kapur 2020-2021-ci illərdə Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya, o cümlədən Hind-Sakit Okean bölgəsi, ABŞ-Hindistan münasibətlərinin siyasətini müəyyənləşdirən planlaşdırma şöbəsində çalışıb. Kapur ABŞ Müdafiə Nazirliyi üçün də bu mövzularda hesabatlar hazırlayıb. Maraqlıdır ki, Tramp hind əsilli ekspertin mühüm vəzifəyə namizədliyini Hindistanın Baş naziri Narendra Modi ilə görüşdən sonra irəli sürüb. Pol Kapur ABŞ-ın Hindistanla sıx tərəfdaşlığını dəstəkləyir, Pakistanın siyasətinə isə münasibəti tənqididir. Bu baxımdan Kapurun dövlət katibi və Prezident üçün hazırlayacağı hesabatlar ABŞ-Pakistan münasibətlərinə təsir edə bilər. 

Yeni təyinat ondan xəbər verir ki, Tramp administrasiyası Cənubi və Mərkəzi Asiya bölgəsi ilə əməkdaşlığa diqqəti azaltmayacaq. Dövlət katibinin bölgə üzrə keçmiş müavini Donald Lu tez-tez bölgəyə səfər edərək, Mərkəzi Asiya ölkələrinin ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdırırdı. Məhz Donald Lunun təklifi ilə dəyəri 25 milyon dollar olan "Mərkəzi Asiya İqtisadi Davamlılıq Təşəbbüsü" irəli sürülmüşdü. Aydındır ki, Donald Tramp bu cür layihələri maliyyələşdirməyəcək. Eyni zamanda dövlət katibinin yeni müavini Pol Kapur ABŞ-ın bölgədə maraqlarının təmin edilməsi və Amerikaya gəlir gətirəcək ortaq layihələrin reallaşdırılması imkanlarını araşdıracaq. Bu çərçivədə Tramp administrasiyasının Cənubi və Mərkəzi Asiya ölkələrinə hərbi texnika satışı da mümkündür. Vaşinqton Pol Kapur vasitəsilə Çini Cənubi və Mərkəzi Asiyada sıxışdırmaq üçün yollar arayacaq.

Aydın Quliyev, jurnalist:

- ABŞ-nin Ukrayna siyasətində dərin xaos yaranmaqdadır...

ABŞ-nin siyasətində xaos elementləri getdikcə artır. Bu, həm daxili, həm də xarici siyasətə aiddir. Məsələn, Tramp USAİD-i qapadır, federal məhkəmə bu qərarın icrasını dayandırır ki, qərəzlidir və kifayət qədər əsaslandırılmayıb. Tramp Ukraynadan başqa bütün istiqamətlərdə xarici yardımları dayandırır, ölkədə ona qarşı ciddi təpkilər başlayır. Trampın rüsum və vergi siyasəti İsraildən başqa bütün müttəfiqlərlə münasibətləri gərginləşdirib. Vitse-prezident Vens  Münhen konfransında dedi ki, Avropaya təhlükə Rusiya və Çindən yox, Avropanın öz içindən gəlir. Vensə görə, Avropa dəyərlərdən və demokratiyadan uzaqlaşıb. Almaniyanın müdafiə naziri Pistorias isə bu sözlərə görə Vensi ittiham etdi, dedi ki, Vens bizi avtoritar rejimlərlə qarışıq salır, bu, yolverilməzdir. Avropa ilə münasibətlərin sonunun necə olacağı bəlli deyil...

Ən dərin ziddiyyət və xaos elementləri Ukrayna siyasətində özünü göstərir. Trampın  nümayəndəsi demişdi ki, Münhen təhlükəsizlik konfransında ABŞ-nin Ukraynaya dair həll planı açıqlanacaq. Açıqlanmadı.

Vitse-prezident Vens deyib ki, sülh danışıqları iflasa uğrasa, ABŞ Ukraynaya hərbi qüvvə göndərə bilər. Bunun əksinə olaraq müdafiə naziri Heqset Ukraynaya qoşun göndəriləcəyini istisna edir. Hansına üstünlük verək?..

Vitse-prezident Vens dedi ki, Ukraynanın itirilmiş əraziləri qaytarması və NATO üzvü olması real deyil. Bundan sonra Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun müavini Con Koul "Reuters" agentliyinə deyib ki,  Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması və NATO üzvlüyünün mümkünlüyü ABŞ-da müzakirə olunur. Hansına inanaq?..

Tramp bir yanda Ukrayna üzrə Rusiya ilə danışıq aparan 4 nəfərdən ibarət qrup müəyyənləşdirir, o yandan isə Ukrayna üzrə nümayəndə Kit Kelloq bəyan edir ki, Zelenski və Putin şəxsən görüşüb danışmalı, hər biri nələrisə güzəştə getməli olduqlarını müəyyən etməlidirlər. Hansına inanaq? Putinlə danışığı kim aparacaq? Trampın 4 nəfərlik qrupu, ya Zelenski təklikdə? Məgər ABŞ-da bilmirlər ki, Putinlə Zelenskini üz-üzə danışıq masasına yox, ancaq boks-güləş rinqinə buraxmaq olar?

Bir yanda Ukrayna torpaqlarının Rusiyaya güzəşt ediləcəyinə eyhamlar vurulur, o yandan isə Ukraynadan özləri də nələrsə qoparmağa çalışırlar...

Xaos davam edir...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri