Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

525 ci qəzet Səni bağışlaya bilmirəm... Aynur Ədil yazır

525 ci qəzet Səni bağışlaya bilmirəm... Aynur Ədil yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu səhər oyanıb səni bağışlamaq istədim. Bir-birimizə sərf etdiyimiz acılı-şirinli günlərin, ayların xatirinə son dəfə səni bağışlamaq istədim. Çox düşünüb, gecədən səhərə qədər gözümün yaşı quruyana kimi ağladım. Başımı qaldırıb ətrafa göz gəzdirəndə anladım ki, təkcə sən mənim həyatımdan əskilmədin: otağımda çərçivəyə qoyulmuş şəkillərimiz, mənə ilk aldığın güldən son aldığın gülə kimi qurutduğum gül ləçəkləri də əskikdi. Sanki üç ildən sonra birdən-birə anlamağa başladım: həyatımdan, otağımdan və ən əsası qəlbimdən bu qədər şeylərin yox olduğunu. Doğrudan da üç il... Bir əsrə bərabər bu müddət ömrümü bəlkə də iyirmi il qısaltdı. Amma düşünürəm ki, acı təcrübələr bizi incitdiyi qədər də gücləndirir. Necə ki, acı olduğu üçün qəbul etmək istəmədiyimiz dərmanlar, bizi sağlamlığımıza qovuşdurur.

Ömrümdə bircə dəfə bir insanı itirdiyim üçün yıxıldım, ancaq sonra elə qalxdım ki, heç bir qüvvə məni yıxmağa cəsarət etmədi. Yıxılmadığım kimi, yenidən xoşbəxt olmağı da bacarmadım. Və bir şeyi də anladım: əgər insanı incitməyə heç bir qüvvənin gücü çatmırsa, ona yenidən yaxşı həyat verməyi də bacarmırlar. Bu illər ərzində yaşadığım bütün xoş və bəd hisslərim yarımçıq qaldı, içimdə bütövləşməyən o qədər şey gizlətdim ki... İnsanlarla ən adi mübahisələrimdə, həyatda qarşılaşdığım hər kiçik uğursuzluqda, ruhumda açılan yeni yaralarda, hətta xoşbəxt anlarımda belə hər zaman ağladım. Səbəb: ağlıma belə gətirmədiyim bir anda səndən qəfil ayrılıb, illərdir ağlımın, ruhumun, qəlbimin bu ayrılıq ilə barışa bilməməsidir. Hönkürtü ilə ağlayıb bu ədalətsiz, vaxtsız, bizə yaraşmayan ayrılığın yasını tam yaşaya bilmədim. Səndən sonra zaman, məkan, hadisələr - hər şey əleyhimə işlədi sanki. Bilirsən, hələ də qəribə gəlir üç il deyəndə... Amma mən otuz il kimi uzun yaşadım və mənasız gəldi mənə hər şey. Darıxmaq hissi o qədər gücləndi ki, köksümdə alışıb yanan və heç sönməyən bir alovu hiss etdim sanki. Neçə sevgi şərabında sərxoş olub, özümü unutdum, amma səni unuda bilmədim. O qədər yanlış qapıları döydüm ki səndən sonra...

Dəfələrlə tanımadığım, mənə yad olan eşqlərdə azdım. Hər baxışda, gülüşdə, mənə uzanan qucaqda, əldə mən yalnız səni axtardım. Bakının qarış-qarış gəzdiyimiz küçələri, yollarında artıq sənsiz gəzərkən sanki onlar da mənə boynubükük baxdı. Heç kəsi sənin, bizim yerimizə qoya bilmədiyim üçün son illərimi kimsəsiz, tək keçirdim - tənha gəzdim. Dəfələrlə çətin də olsa, yerinə başqalarını qoymaq istədim, amma yolun başlanğıcından o yol yarıda qaldı. İlk görüş yerimiz İçəri şəhərdən tutmuş, son ayrılıq yerimiz Dəniz Kənarı Milli Parka kimi neçə-neçə xatirələrimiz olan yerlərdə sənsizliyin ağrısından boğularaq, dərin nəfəs alıb ikimizin xəyalını canlandırmağa çalışdım. Artıq kofeni sadecə həftədə bir, ya iki dəfə yox, gündə bir neçə dəfə içməyə başladım, özü də şəkərsiz. Sonra bir yerdə oxudum ki, sən demə, kofeyə bağlılıq keçmiş üçün darıxmağın əlaməti imiş. Hələ saçlarımdan əlimi üzməyimi demirəm. Səninlə biryerdə olanda olduğu kimi, tez-tez boyatdırmıram artıq saçlarımı, erkən ağaran saç tellərim təəccübləndirmir - hər şeylə barışıram həyatda. Və sənin hörəndə: çox uzun, qalın saçların var - dediyin saçdan da əsər-əlamət qalmayıb. Uzun müddətdir, qısa kəsdirirəm saçlarımı. Heç o qədər də fikir vermirəm necə görsənməyimə. Bir vaxtlar mənim üçün böyük mənası olan hər şey öz əhəmiyyətini itirdi getdikcə. Daha həvəsli olmadım əylənmək üçün getdiyim konsertlərə, verilişlərə... Hə, bircə dəniz və yağışa olan bağlılığım, sevgim dəyişməyib. Mən yağışda islananda sən çox şikayətlənirdin ki, soyuq olacaq... Şıltaqlığımdan əl çəkməyən mən isə sənə qulaq asmırdım, islanmağa davam edirdim. Sən də yaxşı bilirdin: sevdiyim şeylərdən məni uzaqlaşdırmaq həmişə çətin olub... Hələ gündüz gəmidə üzü “Nargin” adasına yollanan zaman, sənin - bir gün axşamçağı da gəmiyə minərik -deməyinə reaksiyamı da unutmuram: doğrudan deyirsən? Elə sevinərəm ki, dənizi axşam da seyr edim. Sən həyatımda sevdiyim şeyləri reallaşdıran tək sevgim, dostum, sirdaşım idin... Bir də yadıma düşmüşkən, iki-üç ay əvvəl yaxın rəfiqələrimdən biri dedi: xəbərin var, gəmilər yenidən fəaliyyətə başlayıb. Təəccüblü cavab vermişdim ki, yenidən deyəndə, onsuz da fəaliyyətdə idilər də, mən axı yayda minmişdim. Rəfiqəm sual vermişdi hansı yay ayı? Mən isə ah çəkib, bir az da həsrət dolu səslə belə cavab vermişdim: onunla biryerdə olduğumuz yay. Onda rəfiqəm məyus halda dedi: sənin gəmiyə minməyinin üstündən üç il keçib... Sanki onda anladım bu qədər vaxtın sürətli keçdiyini.

Bir də xatırlamışkən, səndə ən sevdiyim üstünlüklərdən biri də o idi ki, hər film izləyəndə həssas olduğumu bilib, filmdə baş verən hadisələrin məni ağladacağını hiss etdiyin an, yaşadığımız bütün gülməli şeyləri yadıma salırdın ki kövrəlməyim. Bəzən məni məndən ana qayğısı umacaq qədər kifayət qədər yaşı olan qadın yerinə, bəzən isə özünün hədsiz qayğı, diqqət verdiyin balaca qız yerinə qoyurdun. Hər iki hiss və duyğularda isə xoşbəxt idim. Lakin yaşadığımız sonsuz xatirələrlə dolu anlar zamanında məni dünyanın ən bəxtəvəri kimi hiss etdirsə də, ayrılığımız - məni sevdiyim hər şey və hər kəsdən ayırdığı, bir daha əvvəlki mən olmağı bacara bilmədiyim üçün səni bağışlaya bilmirəm. Hətta ayrılandan sonra həmişə birgə gəzdiyimiz yerdə təsadüfən səninlə qarşılaşsam da, ürəyimin sənin üçün döyündüyünü hiss etmədim. Çünki mən əvvəlki səni sevirdim, məndən bu qədər şeyi və ən əsası məni alan insanı yox. Doğrudur, ilk yaşadığım və ürəyimcə olan sevgini - qarşılıqlı münasibəti bitirdikdən sonra hamı güclü dayandığıma heyrət etdi. Mən isə içimdə bu cümləni təkrar etdim güclü olmaq seçim deyil, məcburiyyətdir...

Aynur Ədil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri