ABŞ bütün xarici yardımları dayandırdı USAID tərəfindən maliyyələşdirilən təşkilatlar yarıyolda buraxıldı
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün xarici yardımlar dayandırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bütün ölkələrdəki diplomatik korpusları bu gündən məlumatlandırıb.
Departamentdən verilən açıqlamaya görə, Departament və USAİD vasitəsilə maliyyələşdirilən bütün cari xarici yardımlar daha verilməyəcək.
Qeyd edilib ki, xarici ölkələrdəki QHT, dövlət, partiya və sair kimi qurumların layihələrinin maliyyələşdirilməsinin dayandırılması proqramların effektivliyi və ABŞ-ın xarici siyasətinə uyğunluğunu dəyərləndirmək məqsədi ilə verilib: "Bu sahədəki yardımların ABŞ xalqına fayda sağlayıb-sağlamaması bəlli olmalıdır..."
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra yanvarın 21-də xarici yardım haqqında sərəncam imzalayıb.
Fərmanda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və qurumların xarici ölkələrə ödənişləri azaldacağı və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük yoxlama aparılacağı qeyd edilib.
Xatırladaq ki, USAID-ın partiya və QHT-lərə yardımları Azərbaycan və Gürüstan iqtidarlarında da böyük qıcıq yaradırdı.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 27 Yanvar 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















