Icma.az
close
up
RU
ABŞ ın qorxulu Qafqaz planı Yeni müharibə başlayır?

ABŞ ın qorxulu Qafqaz planı Yeni müharibə başlayır?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət katibi Mark Rubio Azərbaycan və Ermənistan arasında münaqişə riskinin qaldığını bildirib. O, Ağ Evin diqqətinin sülhün təmin edilməsinə yönəldiyini və toqquşmanın qarşısını almağa çalışdığını deyib. Son zamanlarda yeni ABŞ hökuməti ilə Azərbaycan arasındakı münasibətlərdə müşahidə olunan müsbət dinamika fonunda bu bəyanat xüsusi diqqət çəkir.

Bütün münaqişələrdə geri plana çəkilməyə çalışan Vaşinqtonun Bakı ilə bağlı hədəfi nədir? ABŞ Cənubi Qafqaz masasında vasitəçilik üçün cəhd göstərə bilərmi?

Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə deyib ki, İkinci Qarabağ müharibəsindən əvvəl və ondan sonra da Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub:

“Təəssüf ki, işğalçı siyasətindən əl çəkə bilməyən Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu günə qədər rəsmi şəkildə sülh razılaşması əldə olunmayıb. Ermənistan 2020-ci ildə kapitulyasiya aktını imzalasa da, həm hakimiyyət, həm də müxalifət daxilində revanşa meylli qüvvələr mövcuddur. Onlar sülh danışıqlarını uzatmaqla məsələni gələcəkdə regionda və dünyada dəyişə biləcək geosiyasi kontekstə saxlamağa çalışırlar. Xüsusilə də bəzi Moskvayönlü müxalif qüvvələr Rusiyanın beynəlxalq vəziyyətinin yaxşılaşacağına və onun regiona yenidən maraqlarını güc yolu ilə təmin etmək üçün qayıdacağına ümid bəsləyirlər.

Eyni zamanda Ermənistan hələ də Azərbaycana və qardaş Türkiyəyə qarşı torpaq iddialarından rəsmi şəkildə imtina etməyib. Onların Konstitusiyasında işğalçılıq siyasətinə təşviq edən və onu “rəsmiləşdirən” müddəalar hələ də mövcuddur. Bu səbəbdən regionda sülhə daim təhlükə qalır”.

Yalçın Hacızadə

Politoloqun sözlərinə görə, Tramp hakimiyyətə gəldikdən sonra dünyadakı münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş bir siyasət yürüdür:

“İstər Rusiya–Ukrayna, istərsə də HƏMAS–İsrail müharibələrinin sülh yolu ilə başa çatdırılmasına çalışır. Həmçinin bu ayın əvvəlində Asiyada yenidən alovlanan Pakistan–Hindistan qarşıdurmasının da səngiməsində ABŞ-ın rolunu gördük. Azərbaycan–Ermənistan müharibəsi başa çatsa da və tərəflər sülh danışıqları üçün 17 bəndlik şərtləri razılaşdırsalar da, hələlik sülh müqaviləsi imzalanmayıb. Görünən odur ki, Tramp administrasiyası bu müqavilənin imzalanmasında da rol almağa çalışır. Şübhəsiz ki, Azərbaycan Ermənistanla vasitəsiz, birbaşa danışıqları dəstəkləyir və bunun daha səmərəli olduğunu düşünür.

Aydın görünür ki, Tramp daha çox Amerika maraqlarından çıxış edir. Bu da Cənubi Qafqazda və regionda siyasi, hərbi, iqtisadi, enerji təminatı və nəqliyyat-kommunikasiya layihələrində mühüm rolu olan Azərbaycanla əlaqələrin səmimi və qarşılıqlı maraqlara əsaslanan şəkildə qurulmasını tələb edir. Keçmiş Bayden administrasiyasının Cənubi Qafqaz və Orta Asiya siyasəti uğursuzluqla nəticələndi. Bu səbəbdən yeni hakimiyyət regiona qayıtmaqda maraqlıdır. Bu isə yalnız Cənubi Qafqazın əsas oyunçusu və Orta Asiyanın qapısı olan ölkəmizlə bərabər hüquqlu və bərabər maraqlara əsaslanan siyasət vasitəsilə mümkündür. Yəni Azərbaycansız və bizimlə normal münasibətlər qurulmadan heç bir güc və dövlət bu regionda mövcudluğunu davam etdirə bilməz.

Biz həmçinin Avropa İttifaqının, xüsusilə də Fransanın son zamanlar “U dönüşü” etdiyinin şahidiyik. Çünki onlar da Azərbaycana qarşı qərəzli siyasət yürütməklə regionumuz və Orta Asiya ilə bağlı siyasətdə nəyəsə nail olmağa çalışırdılar. Amma bu, nəticə vermədi, mümkün olmadı”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri