Icma.az
close
up
RU
ABŞ və İran arasında “şərt savaşı”: 15 təklifə qarşı 5 tələb

ABŞ və İran arasında “şərt savaşı”: 15 təklifə qarşı 5 tələb

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda Vaşinqton və Tehran arasında Pakistan vasitəsilə görüşün təşkili üzrə işlər aparılır.
İsrail hökumətindən üç mənbənin məlumatına görə, ABŞ tərəfindən hazırlanan və Pakistan üzərindən İrana çatdırılan 15 maddəlik təklif paketinə aşağıdakılar daxildir: yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi, uranın zənginləşdirilməsi fəaliyyətinin dayandırılması, ballistik raket proqramının məhdudlaşdırılması və regiondakı müttəfiq qruplara dəstəyin kəsilməsi.
İran tərəfi isə beş əsas tələb irəli sürüb: hücum və sui-qəsdlərin dayandırılması, müharibənin təkrarlanmayacağına dair təminat, müharibə təzminatlarının ödənilməsi və mexanizmin müəyyənləşdirilməsi, bütün cəbhələrdə döyüşlərin dayandırılması və Hörmüz boğazı üzərində suverenliyin tanınması . İran rəsmiləri vurğulayır ki, müharibənin bitmə vaxtı yalnız Tehran tərəfindən müəyyən olunacaq və ABŞ vaxt çərçivəsi diktə edilə bilməz.
ABŞ tərəfi diplomatik kanallar vasitəsilə danışıqları davam etdirmək istəsə də, təkliflərin “reallıqdan uzaq” xarakter daşıdığını bildirir. Bəzi İranlı rəsmilər isə bunu gerçək müzakirə niyyətindən çox, təzyiq kimi qiymətləndirir.
Ağ Ev mövqeyini açıqlamasa da, hərbi təzyiqin artırıla biləcəyi siqnalını verib. İsrailli yüksək rütbəli müdafiə rəsmiləri isə İranın bu şərtləri qəbul etməsinin çətin olduğunu qeyd edirlər.
Bölgədən əldə olunan məlumatlara görə, İran atəşkəs razılaşmasının Livanı da şamil olunmasını vasitəçilərə bildirib. İran üzrə ekspert Ali Vaez bildirir ki, “ABŞ-nin təklifində İranın əvvəllər rədd etdiyi tələblər var, İranın şərtlərində isə ABŞ tərəfindən qəbul olunmayacaq müddəalar yer alır.”
Eyni zamanda, Pentagon regiona əlavə hərbi qüvvələr göndərməyi planlaşdırır. Hazırda iki dəniz piyadası birliyi Yaxın Şərqə doğru hərəkətdədir. Donald Trump da razılaşma halında sərt addımlar atılacağı barədə xəbərdarlıq edib.
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Pakistan və Misir vasitəsilə təqdim olunan təkliflər diqqətlə nəzərdən keçirilir. O, münaqişənin davamlı həllini və vurulmuş ziyanın kompensasiyasını vacib saydığını vurğulayıb. Pakistanlı mənbə isə hələlik rəsmi cavabın təqdim edilmədiyini bildirib.
Məhəmmədəli Həsənli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Mart 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri