Icma.az
close
up
RU
Ağ Evin hədəfi: Uzunmüddətli perspektivdə neft bazarını nə gözləyir, proqnozlar necədir?

Ağ Evin hədəfi: Uzunmüddətli perspektivdə neft bazarını nə gözləyir, proqnozlar necədir?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin yeni Prezidenti Donald Tramp dünyada neft qiymətlərinin aşağı salınması üçün ölkəsində "qara qızıl"ın hasilatını artırmaq niyyətindədir. Artıq bu istiqamətdə müəyyən qərarlar da qəbul edib. Neft bazarı Ağ Ev rəhbərinin məlum qərarına görə, qiymətlərin enməsi ilə reaksiya göstərib. Bəs orta və uzunmüddətli perspektivdə neft bazarını nə gözləyir, proqnozlar necədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Hasilatçılar tələbdən artıq istehsalda maraqlı deyillər"

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin fikrincə, neft qiymətləri Donald Trampın vəzifəyə qayıtdığı ilk gün ərəfəsində endi: "ABŞ prezidenti vəzifəsinin ilk günündə Paris İqlim Sazişindən çıxmaqla bağlı fərman imzalayıb. Energetika Nazirliyinə hökumətin yeni LNG (qaz) ixracına icazə ərizələri ilə bağlı qüvvədə olan məhdudiyyətləri aradan qaldırmağı tapşırıb. Tramp strateji neft ehtiyatları istisna olmaqla, ABŞ-nin kommersiya təyinatlı neft ehtiyatlarını maksimum səviyyədə artırmağa söz verib".

Ekspert bildirir ki, yeni prezidentin hasilat məsələsində proqnozları özünü doğrultmaya bilər: "ABŞ-də neft hasilatını artırma cəhdləri bazar şərtlərinə ziddir, istehsalçı şirkətlərin siyasətinə uyğun deyil. Çünki ABŞ-də hasil edilən neftin 80 faizindən çoxu yüngül neftdir. Yüngül neftin beynəlxalq bazarlarda satış imkanları hazırda elə də yüksək deyil".

Ekspertin sözlərinə görə, bu neftin oktan ədədi aşağıdır. Ondan yüksəkkeyfiyyətli təyyarə yanacağı, avtomobil benzininin istehsalı mümkün deyil: "Həmin neft mütləq ağır neftlə qarışdırılmalıdır, sonra emal edilməlidir. ABŞ-də neft hasilatının və ehtiyatların artımı bazarda yüngül-ağır neft balansına təsir edə bilər. Lakin neftin kəskin ucuzlaşmasına təsir edə bilməz. Çünki ABŞ-nin hasil etdiyi neftin beynəlxalq bazarda rəqabət qabiliyyəti zəifdir".

Ekspertin fikrincə, ABŞ-də neft emal edən şirkətlər Prezident Administrasiyasının tələbi ilə neft hasilatını artırarsa, bu, qısa müddət üçün effekt verə bilər: "Amma uzunmüddətli perspektivdə neft satılmayacaqsa, emal edilməyəcəksə, hasilatçılar satılmayan neft həcmlərini nə edəcəklər? Bu baxımdan ABŞ-də hasilatçılar tələbatdan artıq neft hasilatında maraqlı deyillər".

Qiymət 75-80 dollar səviyyəsində olacaq

Z.Vəliyevin sözlərinə görə, neft qiymətlərində kəskin eniş gözlənilmir: "Digər tərəfdən, qlobal bazarda neft qiymətlərini dəstəkləyən amillər də olduqca çoxdur. ABŞ-nin Rusiyanın neft ixracına və tanker zəncirinə tətbiq etdiyi sanksiyalardan sonra artan neft qiymətləri onu deməyə əsas verir ki, geosiyasi amillər bu il də neft qiymətlərinin müəyyənləşdirilməsində əsas rol oynamaqda davam edəcək. İran neftinin satış imkanlarının məhdudlaşdırılması da neftin yüksək qiymətlərini il boyu dəstəkləyəcək. Belə olan təqdirdə bazarda tələbdən artıq yüngül neft profisitinin aradan qalxma ehtimalı güclənəcək. Xüsusilə Asiya bazarlarında Rusiya, İran və Venesuela neftinə alternativ mənbələrin axtarış cəhdləri yüksək olacaq".

Ekspert bildirir ki, əgər Rusiyaya, İrana tətbiq edilən sanksiyalar, Venesuelanın neft ixrac imkanlarının məhdudlaşdırılması daha da güclənərsə, o zaman bazarda kifayət qədər problemlər yaşanacaq. Yüngül və ağır neft arasında tarazlıq pozulacaq. Tarazlığın pozulması neft emalı zavodlarının fəaliyyətinə təsir göstərəcək: "Bütün bunlar qiymət artımına səbəb ola bilər. Fikrimcə, 2025-ci ildə neft qiymətləri 75-80 dollar arasında dəyişəcək".

Tramp tarifləri də qaldırmaq istəyir

İqtisadçı Murad Calalovun fikrincə, Tramp administrasiyasının neft-qaz məsələləri üzrə əsas məqsədi daxili enerji qiymətlərini aşağı salmaqdır. Həmçinin ABŞ-nin enerji ixracını qlobal miqyasda genişləndirməkdir: "Trampın istəyi budur ki, ABŞ-də hasilatı artırmaqla neftin qiymətini aşağı salsın. Beləliklə, ixracı da artırsın. Amma tarifləri, rüsumları da artırmaq istəyir. Məsələn, Avropaya ixrac rüsumunu 10 faiz artırmaq fikrindədir".

Yaşıl enerjiyə keçidə zərbə

İqtisadçının sözlərinə görə, burada əsas məsələ digər ölkələrin bu qərarlara necə yanaşmasıdır: "Avropa daha çox ətraf mühitin qorunmasına üstünlük verir. Amma bu, Trampın yeni planlarında mövcud deyil. Hətta o, beynəlxalq iqlim sazişlərindən çıxmağı, yaşıl enerji ilə bağlı olan təşəbbüslərin aradan qaldırılmasını planlayır. Bu məsələdə Avropa ölkələrinə maliyyə yardımı edilməli idi. Yəqin ki, bu artıq olmayacaq. Maliyyə yardımı gəlməyəcəyi üçün Avropanın yaşıl enerjiyə keçid layihəsi də uzanacaq. Bu səbəbdən, neft qiymətlərində eniş olsa da, ümumi baxdıqda Avropa üçün çox böyük mənfi təsirləri qaçılmazdır. Avropa İttifaqındakı ölkələrin yekun qərarları bu məsələlərin taleyini həll edəcək".

"Neftimizin qiymətini qaldıra da bilərik"

M.Calalov yeni qərarların ölkəmizə təsirinə də toxundu. Onun sözlərinə görə, Avropanın neft və qazdan asılılığı yenidən artır: "Avropa nefti Rusiyadan alırdı. Amma hazırda bu mümkün deyil. Çünki Rusiya və Ukrayna müharibələrinə görə Avropaya ixracda böyük problemlər var. ABŞ-nin planlarının dəyişməsi Avropanın Azərbaycandan asılılığını artıracaq. İstəsək, neftimizin qiymətini qaldıra da bilərik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri