Almaniya iki “Patriot” sistemini Ukraynaya verməyə hazırdır
Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyanın müdafiə naziri Boris Pistorius iki “Patriot” zenit-raket kompleksini Ukraynaya verməyə hazır olduqlarını bildirib, amma bunun üçün xüsusi şərt qoşub.
"Operativ Məlumat Mərkəzi-OMM" NTV telekanalına istinadən xəbər verir ki, o, bu barədə Bavariya federal ərazilərinə səfəri zamanı deyib.
“Biz öz tərəfimizdən iki sistem verə bilərik, lakin yalnız 6-8 ay ərzində onların dəyişdirilməsinə etibarlı təminat olarsa”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Bundesver özünün müdafiə qabiliyyətini və hərbçiləri “Patriot”la işləmək bacarığını qoruyub saxlamalıdır.
“Sistem çatışmazlığı səbəbindən bir və ya iki il məşq edə bilməsək, hazırlıq qabiliyyətini itirəcəyik”, - Pistorius əlavə edib.
Nazir həmçinin vurğulayıb ki, Ukraynanın ən azı beş “Patriot” sisteminə ehtiyacı var. Bundan əvvəl Ukrayna üzrə təmas qrupunun virtual görüşündə o, Almaniyanın bu sistemlərin Kiyevə sürətlə ötürülməsinə yardım etmək niyyətini təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 22 İyul 2025 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















