Icma.az
close
up
RU
Araz Nəsirov: Regionlarda yaşayanların tibbi xidmət alması üçün Bakıya gəlməsinə ehtiyac yoxdur

Araz Nəsirov: Regionlarda yaşayanların tibbi xidmət alması üçün Bakıya gəlməsinə ehtiyac yoxdur

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Şirvan, Şəki, Lənkəranda travmatologiya mərkəzləri açılıb, fəaliyyət göstərir, artıq göz mərkəzlərinin açılmasını planlaşdırırıq".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, mərkəzlərin açılması bölgələrdə yaşayanlar üçün xidməti əlçatan edir və hazırda bütün regionlarda insanlar 3 315 tibbi xidmətdən istifadə edirlər.

Araz Nəsirov qeyd edib ki, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB ilin əvvəlindən ilkin səhiyyənin gücləndirilməsi istiqamətində birgə layihəyə start veriblər:

"Bu layihəyə pilot olaraq Bərdədə başlanıb. Yaxın zamanda ölkə səviyyəsində sözügedən layihənin tətbiqi planlaşdırılır.

Biz sahə həkimlərinin işlədiyi infrastrukturu gücləndirməyi, ailə-sağlamlıq mərkəzlərinin yaradılmasını hədəfləmişik".

TƏBİB rəsmisi vurğulayıb ki, hazırda tibb müəssisələrinə hər gün yüz minə yaxın müraciət olur.

"Habelə, 400 minə yaxın xidmət göstərilir. Biz, əlbəttə ki, bunun artmasının tərəfdarı deyilik. Hədəfimiz qabaqlayıcı səhiyyə və profilaktik tədbirlərlə müraciətlərin azalmasıdır".

O əlavə olaraq vurğulayıb ki, tibb müəssisələri içərisində ən zəif infrastruktura malik olanı Lerik xəstəxanasıdır:

"Lerik xəstəxanasının infrastrukturu digər müəssisələrə nisbətdə zəifdir, lakin buna baxmayaraq, orada yaşayanlar uzunömürlü insanlardır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri