Icma.az
close
up
RU
Azərbaycan dövlətinin hər bir vətəndaşına verdiyi dəyərin bariz nümunəsi ŞƏRH

Azərbaycan dövlətinin hər bir vətəndaşına verdiyi dəyərin bariz nümunəsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizin 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Prezident İlham Əliyevin amnistiya elan edilməsi ilə bağlı təşəbbüs irəli sürməsi xalqımıza növbəti sevinc bəxş edəcək bir addım kimi dəyərləndirilməlidir. On minlərlə ailənin şadlığına səbəb olacaq bu təşəbbüs Prezident İlham Əliyevin yüksək humanizm dəyərlərinə söykənən siyasətinin daha bir təzahürüdür.

Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu yeni müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi Prezident İlham Əliyevin siyasi-hərbi diplomatik qələbələri ilə tam təmin edilib.Vaxtilə Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilmiş və müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmış Azərbaycan Respublikasının Konstitusiyası bütün ərazilərimizdə hüquqi qüvvəyə minib. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində əldə edilən tarixi qələbələr xalqımızın həyatında bütün sahələrdə mühüm hadisələrin yaşanmasına da birbaşa rəvac verib. Elə "Konstitusiya və Suverenlik İli" münasibətilə Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etməsinin özünün də rəmzi mənası var. Belə ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi kimi nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Yeri gəlmişkən, Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Onu da qeyd etmək lazımdır ki, Prezident tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Mərhəmət və humanizm kimi ali mənəvi keyfiyyətləri daim əldə rəhbər tutan Prezident İlham Əliyev ənənəvi olaraq bayramlar ərəfəsində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır, minlərlə ailəni sevindirir. Xatırladaq ki, 2021-ci ildə Qələbəmizin bir ili münasibəti ilə, Zəfər Gününə - 8 Noyabr tarixinə həsr olunan amnisitiya aktı da bu xoş ənənin növbəti göstəricisi idi. Zəfər Günü münasibətilə elan olunmuş amnistiya 17 min 267 şəxsə şamil edilmişdir. Ümumiyyətlə, dövlətimizin rəhbəri İlham Əliyev tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən dövlət siyasətindən irəli gəlir. Humanizmə köklənmiş siyasət nəticəsində verilən amnistiya aktları, əfv sərəncamları çoxsaylı məhkuma insan üçün ən böyük hədiyyə olan azadlıq verir. İnsan amilinə dəyər baxımından atılan bütün bu müstəsna əhəmiyyətli addımlar eyni zamanda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmaları, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunmaları, həmçinin bir daha cinayət əməli törətməmələri istiqamətində görülən tədbirlərin effektivliyi baxımından da müstəsna əhəmiyyət daşıyır. Bütün bunlar həm də onu göstərir ki, həmişə insan hüquqlarına hörmət siyasəti nümayiş etdirən, sosial statusundan asılı olmayaraq hər bir vətəndaşına mərhəmət hissi ilə yanaşan Azərbaycan dövləti hüquqi islahatları dövrün tələblərinə uyğun formada daim təkmilləşdirir.

Ən əsası, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçiriləcək ən böyük amnistiya on minlərlə ailəyə sevinc yaşadacaq və ölkəmizin müstəqillik tarixinə ən böyük akt kimi düşəcək. "Konstitusiya və Suverenlik İli"ndə irəli sürülən və ali insani dəyərlərə əsaslanan bu təşəbbüs həm də vətən qarşısında borcunu layiqincə yerinə yetirən, onun ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında xidmətləri olan şəxslərin və onların yaxınlarının da bağışlanmasını özündə ehtiva etməsi ilə diqqət çəkir.

Ələddin Qurbanov,

YAP Göygöl rayon təşkilatı üzrə Toğanalı kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri