Icma.az
close
up
RU
Azərbaycanda 33 yaşlı kişi ikinci sinif şagirdi ilə intim əlaqədə olmaq istədi

Azərbaycanda 33 yaşlı kişi ikinci sinif şagirdi ilə intim əlaqədə olmaq istədi

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Həsən yetkinlik yaşına çatmayan Faziləyə (adlar şərti göstərilib - red.) əxlaqsız hərəkətlər edib.

Ölkə.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə 20 sentyabr 2022-ci ildə Ceyranbatan bağlar massivində baş verib.

Həsən həmin gün saat 11 radələrində 2015-ci il təvəllüdlü Fazilənin köməksiz vəziyyətindən istifadə edərək, yəni azyaşlı olduğundan müqavimət göstərə bilməyəcəyini anlayaraq, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə onu intim hərəkətlərə məcbur edib.

İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, evlidir, bir qızı var: "Mən fəhlə işləmişəm, uşağın atası Bəhlulu çoxdan tanıyıram. Neçə illər onun xalası uşaqları ilə işləmişəm. Uşağım xəstə olub, onların evinə aparmışam, Bəhlulun anası dua yazıb. Uşağı həmin gün mağazada siqaret alanda gördüm. Onu ittihamda deyilən yerdə görməmişəm.

Özüm Sumqayıtda "Kimyaçılar" tərəfdə qalıram. Mən o ərazidə fəhlə işləmişəm, uşaq əlində qələm, karandaş olan paketlə mağazadan çıxıb. Mən də o mağazadan çıxaraq, 9 nömrəli avtobusa minib Sumqayıta gəlmişəm. Uşağa qarşı elə hərəkət etməmişəm".

Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə açıqlanıb. Həmin ifadədən məlum olur ki, Həsən ona elan olunmuş ittiham üzrə özünü təsirli bilib. İfadəsində göstərib ki, təxminən 11 ildir Bakı və Sumqayıt şəhəri ərazisində müxtəlif tikinti obyektlərində fəhlə işləməklə dolanışığını təmin edir:

"Sonradan adını bildiyim Bəhlulu və onun azyaşlı qızı Faziləni əvvəllər tanımamışam. Onlarla heç bir münasibətim olmayıb. Təxminən 2022-ci ilin iyul ayından etibarən Ceyranbatan bağlar massivində yerləşən evlərin birində fəhlə işləmişəm. Hər gün təxminən səhər saat 8 radələrində işə getmişəm, axşamüstü isə işdən çıxıb kirayə yaşadığım evə gəlmişəm".

Həsənin sözlərinə görə, 20 sentyabr 2022-ci ildə təxminən saat 8 radələrində həmişəki kimi Ceyranbatan bağlar massivində yerləşən evdə işləməyə gedib: "İş yerinə çatanda birlikdə işlədiyim Elmarla rastlaşdım. O mənə ailəsində problem olduğunu, bu gün işləməyəcəyini dedi. Mən də daha işə getməyib geri qayıtdım.

Bir qədər ətrafda gəzişdikdən sonra "4 Qardaş" restoranının yaxınlığındakı marketdən özümə siqaret aldım, sonra kirayə yaşadığım evə qayıtmaq qərarına gəldim. Təxminən saat 11 radələrində ara küçələrin birinə keçərək təbii ehtiyacımı ödəməyə başladım. Şalvarımın qabağını açaraq işimi görən zaman yanımdan təxminən 6-7 yaşlarında Fazilənin keçdiyini gördüm. Ehtirasım oyandığından Fazilənin əlindən tutaraq onun əlini öz intim yerimə toxundurmaq qərarına gəldim. Ona "ay qız, əlini mənə ver" deyib, əlindən tutdum.

Faziləni əli ilə intim yerimdən tutmağa məcbur etdim. O isə əlimi kənara çəkməyə çalışdı".

Həsən qeyd edib ki, buna baxmayaraq, Faziləni zorla məcbur edib: "Dediklərimi edən zaman qışqıraraq əlini kənara çəkməyə çalışdı. Fazilənin dırnaqları intim yerlərimi cızdı. O, qışqırdığından qorxdum və onu buraxdım. Oradan qaçaraq uzaqlaşdım. Bakı-Sumqayıt yoluna çıxdım, oradan tanımadığım avtobusla yaşadığım evə gəldim. Həmin vaxt ətrafa diqqət yetirdim, ətrafda heç kimin olmadığını gördüm.

Faziləyə heç kimin kömək edə bilməyəcəyinə əmin olduqdan sonra onun əlini zorla tutaraq əxlaqsız hərəkətlərə məcbur etdim. Oradan qaçan zaman şalvarının qabağını bağlamışdım və arxamdan o yerə bir qadının gəldiyini görmüşəm.

Həmin vaxt bir anlıq ehtirasa gəldiyimdən belə bir əməl tutmuşam. Başqa hər hansı məqsədim olmayıb. Sadəcə Fazilənin əli ilə bir neçə saniyəlik də olsa, intim yerimi tutmasını və ehtirasımın sakitləşməsini istəmişəm. Əvvəllər heç kimə qarşı seksual xarakterli hərəkətlər etməmişəm və ya digər cinayət əməli törətməmişəm".

İş üzrə zərərçəkmiş Fazilənin sözlərinə görə, Ceyranbatan bağlar massivində atası, anası, bacıları, babası və nənəsi ilə birlikdə yaşayır, orta məktəbin 2-ci sinfində oxuyur: "Sentyabrın 20-də təxminən saat 10:45-də evdə nənəm mənə pul verdi ki, marketdən konfet alım. Mən də pulu alaraq, evimizdən təxminən 300 metr aralıda yerləşən marketə konfet almağa getdim.

Marketdən evə qayıdanda Həsən mənə yaxınlaşaraq "ay qız, əlini mənə ver" deyib sağ əlimdən tutdu və özünə tərəf dartdı. Onun şalvarının qabağı açıq idi, ayıb yeri görünürdü. Həsən əlimi zorla dartaraq, ayıb yerini tutmağıma məcbur etdi, mənə qarşı intim hərəkətlər etdi. Qorxaraq qışqırdım və ağlamağa başladım.

Nənəm qışqırıq səsimə yanıma gələndə, Həsən qaçaraq getdi. Evə gələndən sonra Həsənin hərəkətləri barədə valideynlərimə və nənəmə danışdım. Həsəni əvvəllər görməmişəm və tanımamışam".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həsən 11 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti verərək, işinə haqq, ədalətlə baxılmasını xahiş edib.

Onun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb, şikayət təmin edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Dekabr 2024 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see188

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see132

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see119

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see116

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see112

Atambayev bu ölkədə mühakimə olunmaq istəyir

08 İyun 2025 10:06see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see111

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri