Icma.az
close
up
RU
Azərbaycanda dollar əllərdə qalıb?

Azərbaycanda dollar əllərdə qalıb?

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında artım davam edib.

Valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.Bu barədə Azərbaycan Mərkəzi Bankını məlumat yayıb.Məlumata görə, son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib.

Nəticədə, valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 29,7 milyon ABŞ dolları artıb.

Maraqlıdır ki, dollara tələb niyə azalıb?

İqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, dollara tələbin azalmasının bir neçə əsas səbəbi var.

“Birincisi, idxal zəifləyib. Qlobal qiymətlər bir az sabitləşəndən sonra sahibkarlar anbarları əvvəlcədən doldurmuşdu, indi isə yeni mal gətirməyə tələsmirlər.
İkincisi, dövlət xərcləri mövsümi olaraq azalıb. Adətən ilin əvvəlində büdcə xərclənməsi zəif olur, iri infrastruktur layihələrə pul aprel-maydan sonra ayrılır.

Dövlət şirkətləri və podratçılar dolları əsasən tikinti, avadanlıq idxalı üçün alır, onlar dayananda tələb düşür. Üçüncüsü, əhali və şirkətlər manata güvənir. Mərkəzi Bank illərdir məzənnəni sabit saxlayır, inflyasiya da birrəqəmli həddə düşüb.

Əvvəllər yastıqaltı dollar yığan adam indi görür ki, manat depozit 10-11 faiz verir, dollar isə yerində sayır. Ona görə manatda qalmağa üstünlük verir.

Dördüncüsü, turizm və xidmət ixracı artıb. Yaz fəslinin ilk ayında ölkəyə gələn turist nağd dollar gətirir, onu burada manata dəyişir. Bu da banklarda dollar təklifini çoxaldır, alana ehtiyac az qalır.

Beşincisi, neftin qiyməti 100 dollardan yuxarıdır. Dövlət Neft Fondu və SOCAR ixracdan külli miqdarda dollar qazanır, onu bazara çıxarır. Amma həmin dolları alacaq idxalçı azdır, çünki iqtisadiyyatda aktivlik hələ tam canlanmayıb.

Bunun iqtisadi fəsadları müxtəlif cür özünü göstərə bilər. Müsbət tərəfi odur ki, Mərkəzi Bankın ehtiyatları artır. 1 milyard dollarlıq alış həm ehtiyat yastığını böyüdür, həm də gələcəkdə şok olsa məzənnəni saxlamağa imkan verir.

Ehtiyat çox olanda xarici investorun da ölkəyə inamı artır. Manatın möhkəm qalması idxal inflyasiyasını boğur, çörəyin, dərmanın, texnikanın qiyməti kəskin qalxmır.

Məhz bunun mənfi tərəfi də var. Belə ki, Mərkəzi Bank bazardan 1 milyard dollar alanda əvəzində 1,7 milyard manat buraxır. Bu manat dövriyyəyə girsə, bir neçə aydan sonra qiymətləri “qızışdıra” bilər. Ona görə Mərkəzi Bank həmin manatı sterilizasiya etməlidir, yəni depozit hərracları ilə geri yığmalıdır. Əgər yığa bilməsə, inflyasiya təzyiqi yaranar.

İkinci risk odur ki, dollar ucuz və bol olanda idxal malı yenə sərfəli olur. Yerli istehsalçı rəqabətdə uduzur, “Holland sindromu” güclənir. Kənd təsərrüfatı, yüngül sənaye inkişaf etmir, çünki Türkiyədən, İrandan, Rusiyadan mal gətirmək ucuz başa gəlir.

Üçüncü risk ixracla bağlıdır. Manat möhkəmdirsə, bizim qeyri-neft məhsullarımız xaricdə baha görünür. Pomidor, fındıq, pambıq satan çətinlik çəkir. İdxal çox, ixrac az olanda ticarət balansı pisləşir.

Dördüncüsü, banklarda dollar çoxalanda onu işlədə bilmirlər. Kredit verə bilmirlər, çünki dollarla borc alan azdır. Nəticədə banklar dollar likvidliyini xaricdə 1-2 faizlə saxlamağa məcbur olur, gəlirliliyi düşür”.

Ekspert qeyd edir ki, tələbin azalması hələlik təşvişə düşmək üçün bu bir səbəb deyil, əksinə Mərkəzi Banka ehtiyat yığmağa şərait yaradır:

“Amma uzun müddət davam etsə, yerli istehsalı sıxışdıracaq, iqtisadiyyatı idxaldan asılı salacaq. Əsas məsələ odur ki, yığılan ehtiyat və sabit məzənnə fürsət kimi istifadə olunub qeyri-neft sektoruna, ixraca, sənayeyə yatırılsın. Yoxsa sadəcə “sabit manat” xatirinə istehsalı öldürsək, sabah neft gəliri azalanda daha böyük böhran yaşayarıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 May 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see393

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see308

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see300

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see270

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see249

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see241

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see209

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see201

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see189

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see173

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see172

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see170

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see168

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see167

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see167

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see166

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see165

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see159

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see150

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri