Icma.az
close
up
RU
Azərbaycanın elm və təhsil sisteminin inkişaf yolları

Azərbaycanın elm və təhsil sisteminin inkişaf yolları

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mahir SƏLİMOV
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Ağcabədi filialının dosenti

Azərbaycanda elm və təhsilin inkişafı uzun illər ərzində dövlətin prioritet sahələrindən biri olub. Bu sahələrin irəliləməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Onun rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın elmi və təhsili sistemli şəkildə inkişaf mərhələsi keçib.

Heydər Əliyevin idarəçilik üslubu elm və təhsil sahəsində mövcud strukturların təkmilləşdirilməsinə, elmi potensialın gücləndirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmişdi. Əgər XX əsrin əvvəllərində elmi fəaliyyət əsasən milli çərçivədə həyata keçirilirdisə, 1970-ci illərdən başlayaraq Azərbaycan alimlərinin əldə etdiyi nailiyyətlər artıq beynəlxalq müstəvidə tanınmağa başlamışdı.

Bu dövrdə elmi dərəcələrə və ixtisaslara sahib olan mütəxəssislərin sayı artdı. Eyni zamanda, elmi nailiyyətlərin tətbiq sahələri genişləndi, elmi tədqiqatların praktik nəticələri müxtəlif sahələrdə istifadə olunmağa başladı. Yeni elmi-tədqiqat institutlarının, ali və orta ixtisas təhsili müəssisələrinin yaradılması bu dövrün əsas xüsusiyyətlərindən idi.

Azərbaycan Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bu illərdə geniş tanındı, Sovet İttifaqı çərçivəsində nüfuzlu elm və təhsil mərkəzlərindən birinə çevrildi.

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyası da öz fəaliyyətində yeni mərhələyə qədəm qoydu. Elmi kadrların hazırlanması sahəsində ciddi addımlar atıldı, maddi-texniki baza möhkəmləndirildi. Ulu öndər Elmlər Akademiyasının fəaliyyətini daim diqqətdə saxlayır, elmi işlərin keyfiyyətinə, elmi tədqiqatların nəticəliliyinə və praktik əhəmiyyətinə önəm verirdi. Onun baxışlarında uzaqgörənlik və elmi yanaşma əsas yer tuturdu. O, idarəçilikdə və siyasi qərarların qəbulunda elmi əsaslandırmanı zəruri hesab edir, intellektual potensiala güvənirdi. Ümummilli lider hələ respublikaya rəhbərliyinin ilk günlərindən etibarən elm sahəsində mövcud olan nöqsanlara münasibət bildirərək qeyd edirdi: "Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə üzrə  elmi idarələr elmi-texniki tərəqqinin sürətləndirilməsi və tamamlanmış işlərin istehsalata tətbiqi sahəsində kifayət qədər fəallıq göstərmirlər. Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət qənaətbəxş deyil. Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qadir olan adamlar gəlsinlər".

Bu yanaşma onun elmin inkişafına məsuliyyətli və prinsipial mövqeyini əks etdirir.

1997-ci il yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və alimləri ilə keçirilən görüşdə Heydər Əliyevin çıxışı elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirildi. Bu çıxışda o, akademiyanın fəaliyyətini və alimlərin əməyini qiymətləndirdi, elmin gələcəyinə olan inamını ifadə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev də Ümummilli liderimizin elmə göstərdiyi diqqət və qayğını vurğulayaraq bildirmişdi:

"Bütün dövrlərdə - 70-ci illərdə, ondan sonra, 90-cı illərdə Heydər Əliyevin elmə diqqəti və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır".

Heydər Əliyevin baxışlarına görə, elm və təhsil sistemi müasir yanaşmalarla inkişaf etdirilməli, dövlət idarəçiliyi üçün bilikli, əxlaqlı və peşəkar kadrlar hazırlanmalıdır. Elmi nailiyyətlərin tətbiqi və bu nailiyyətlərin idarəçilikdə istifadə olunması onun üçün prioritet sahələrdən idi.

2003-cü ildə Prezident seçilən İlham Əliyev bu yanaşmanı davam etdirərək, elm və təhsilin inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etdi.

Heydər Əliyevin təhsil sahəsində gördüyü işləri əsasən iki istiqamətə ayırmaq olar:

1.Təhsilə dair siyasi-nəzəri yanaşmalar;

2.Təhsilin təşkili və strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən praktiki tədbirlər.

Onun respublikamıza rəhbərlik etdiyi birinci dönəmdə - 1972-ci ildə qəbul edilən qərarla orta ümumtəhsil məktəblərinin sayı xeyli artırıldı. Əgər həmin dövrdə bu məktəblərin sayı 765 idisə, bir neçə il ərzində bu rəqəm 2117-yə çatdırıldı. Bu artım ucqar kəndlərdə də təhsilə əlçatanlığın təmin olunmasına şərait yaratdı. 1973-cü ildə isə kənd məktəblərinin maddi-texniki şəraitinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atıldı. Bu dəyişikliklər minlərlə şagirdin təhsilə cəlb olunmasına imkan verdi.

Bundan əlavə, Heydər Əliyevin şəxsi təşəbbüsü ilə azərbaycanlı gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almasına şərait yaradıldı. 1970-ci ildən etibarən hər il 800-900 nəfər azərbaycanlı gənc müxtəlif ali məktəblərə göndərilirdi. Bu, respublikanın kadr potensialının inkişafına ciddi töhfə verdi.

Müstəqillik dövründə də elm və təhsil Heydər Əliyevin siyasi gündəmində əsas mövqedə dayanırdı. Onun 2002-ci il oktyabrın 4-də imzaladığı "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Həmin sərəncam ümumtəhsil məktəblərinin maddi-texniki imkanlarının yaxşılaşdırılmasına və şəbəkənin genişləndirilməsinə yönəlmişdi. 2003-cü il fevralın 17-də imzalanan "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı (2003-2007-ci illər)" da bu sahədə həyata keçirilən siyasətin davamı idi. Bu proqram çərçivəsində yüzlərlə məktəbin təmiri və tikintisi həyata keçirildi.

Heydər Əliyev təhsilin cəmiyyət üçün əhəmiyyətini belə ifadə edirdi: "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır".

Heydər Əliyevin rəhbərliyi dövründə elm və təhsil sahələrində aparılan islahatlar və görülən tədbirlər Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Onun bu sahələrə verdiyi önəm və atdığı addımlar nəticəsində ölkədə güclü elmi və intellektual potensial formalaşmış, təhsil sistemi beynəlxalq standartlara yaxınlaşdı. Elm və təhsil sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verdi, müasir və savadlı kadrların hazırlanması dövlət idarəçiliyinin və iqtisadiyyatın güclənməsinə yol açdı.

Ümummilli lider Heydər Əliyevin təhsilə və elmə göstərdiyi diqqət və qayğı Azərbaycanın müstəqil dövlət kimi dayanıqlı inkişafına şərait yaratdı. Onun təşəbbüsləri və fəaliyyətləri Azərbaycan elm və təhsil sisteminin inkişafında əsaslı dönüş nöqtəsi oldu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri