Icma.az
close
up
RU
Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın qədim İpək Yolu irsindən müasir dağ-xizək kurortlarınadək uzanan turizm imkanları Brüsseldə keçirilən “Euronews Travel & Tourism Summit 2026” sammitində beynəlxalq auditoriyaya təqdim olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid sammit çərçivəsində “Azərbaycan: İpək Yolundan xizək yamaclarınadək” sessiyasında və “Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ” panel müzakirəsində Azərbaycanın turizm imkanlarından bəhs edib. Azərbaycanın Avropa ilə Asiya arasında təbii qovşaq kimi mövqeyi, zəngin tarixi-mədəni irsi və turizm məhsulları ölkənin beynəlxalq səyahətçilər üçün cəlbediciliyini artıran əsas üstünlüklər kimi önə çıxarılıb.

“Azərbaycan ziyarətçilərə bir səfər çərçivəsində qədim tarix, zəngin mədəniyyət, müasir şəhər həyatı, dağ mənzərələri və qış turizmini bir arada kəşf etmək imkanı verir. Avropa ilə genişlənən birbaşa hava əlaqələri isə ölkəmizi beynəlxalq səyahətçilər üçün daha əlçatan edir”, - deyə Florian Zenqstşmid əlavə edib.

Azərbaycanın beynəlxalq səyahətçilər üçün əlçatanlığının genişlənməsi də sammitdə önə çıxarılan mövzulardan olub. 2027-ci il mayın 8-dən Bakı-Brüssel marşrutu üzrə birbaşa uçuşların başlanmasının Avropa bazarından Azərbaycana səyahət imkanlarını genişləndirəcəyi bildirilib. Elektron viza sistemi və sadələşdirilmiş səyahət prosedurları da ölkəyə səfərlərin daha rahat planlaşdırılmasına imkan yaradır.

“Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ” panelində Qırğızıstanın Belçikadakı səfiri və ölkənin Avropa İttifaqındakı missiyasının rəhbəri Aidit Erkin, həmçinin Çin Xalq Respublikasının Avropa İttifaqındakı missiyasının nazir-müşaviri Su Chen də iştirak ediblər. Panel çərçivəsində artan bağlantılılığın beynəlxalq səyahətlərə təsiri və yeni turizm marşrutlarının inkişaf perspektivləri müzakirə olunub. Florian Zenqstşmid Azərbaycanın genişlənən hava əlaqələri və Şərqlə Qərb arasında strateji mövqeyinin ölkənin beynəlxalq turizm əlaqələrinin inkişafı üçün yaratdığı imkanları diqqətə çatdırıb.

Azərbaycanın qış turizmi imkanları da sammitdə xüsusi diqqət çəkən istiqamətlərdən biri olub. “Şahdağ” Turizm Mərkəzində 2027-ci il martın 5-dən 7-dək Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Dünya Kuboku yarışlarının keçirilməsi Azərbaycanın beynəlxalq qış turizmi məkanı kimi tanıdılması və ölkənin dağlıq regionlarına səyahətlərin təşviqi baxımından əlavə imkanlar yaradır.

Azərbaycanın turizm təklifinin yalnız Bakı ilə məhdudlaşmadığı, ölkənin regionlarının da ziyarətçilərə müxtəlif təcrübələr təqdim etdiyi vurğulanıb. İpək Yolu irsi, qədim yaşayış məntəqələri, dağlıq ərazilər, zəngin təbiət və yerli icmaların mədəni ənənələri Azərbaycanın regionlarını fərqli səyahət təcrübələri axtaran turistlər üçün cəlbedici istiqamətlərə çevirir. Cənubi Qafqazda əməkdaşlığın genişlənməsi isə gələcəkdə bir neçə ölkəni əhatə edən yeni turizm marşrutlarının formalaşması üçün imkanlar yarada bilər.

Turizmin regionların inkişafına və yerli iqtisadiyyata töhfəsinin artırılması da Azərbaycanın uzunmüddətli turizm prioritetləri sırasında yer alır. “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində regionlarda turizm infrastrukturunun təkmilləşdirilməsi, mikrosahibkarlığın dəstəklənməsi və sektorun iqtisadi töhfəsinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Florian Zenqstşmid turizmdə əsas məqsədin yalnız ziyarətçi sayını artırmaq deyil, onların Azərbaycanda qalma müddətini və yerli iqtisadiyyata töhfəsini də yüksəltmək olduğunu bildirib.

Sammit iştirakçıları Azərbaycanın turizm imkanları ilə yanaşı, ölkənin zəngin mətbəxi ilə də tanış olublar. Tərəfdaşlıq çərçivəsində təşkil olunan “Pasport Azərbaycana” (“Passport to Azerbaijan”) adlı işgüzar naharda Azərbaycan mətbəxinin seçilmiş nümunələri təqdim edilib. Təqdimat iştirakçılara ölkənin qastronomik irsini və qonaqpərvərlik ənənələrini dadlar vasitəsilə kəşf etmək imkanı yaradıb.

“Euronews”un televiziya, yayım və “YouTube” platformaları daxil olmaqla qlobal şəbəkəsi vasitəsilə canlı yayımlanan sammit Azərbaycanın turizm imkanlarının beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm platforma rolu oynayıb. Sammit “Euronews”un aylıq 400 milyondan çox auditoriyaya malik qlobal şəbəkəsi vasitəsilə işıqlandırılaraq geniş izləyici kütləsi toplayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri