Icma.az
close
up
RU
Bahəddin Həzi insanları düşünməyə vadar edən bir jurnalistdir, yazdığı hər sözün dərin mənası var Video

Bahəddin Həzi insanları düşünməyə vadar edən bir jurnalistdir, yazdığı hər sözün dərin mənası var Video

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

27 may tarixində yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzinin "Göyün cazibə qüvvəsi" kitabının təqdimat və imza mərasimi baş tutub.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə millət vəkilləri, jurnalistlər, yazıçılar, ictimaiyyət münayəndələri və oxucular iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Professor Qulu Məhərrəmli tədbiri açıq elan edib. Professor bildirib ki, köhnə nəslin gəliş-gediş yeri olan elmi kitabxanada dəyərli bir kitabın təqdimatı keçirilir: "Kitab bizim ruhumuzun qidasıdır. Yaxşı kitab böyük bir abidədir".

"Göyün cazibə qüvvəsi" kitabının ön söz müəllifi yazıçı Seyran Səxavət çıxışı zamanı qeyd edib ki, kitab bizim and yerimizdir.

“Bu qədər adamın bu gün burada iştirakı kitaba verilən dəyərin bariz nümunəsidir. "Göyün cazibə qüvvəsi"ndə yazılan cümlələr, sözlər çox böyük yükə sahibdir. Bahəddin Həzi sözdən ən mükəmməl şəkildə istifadə etməyi bacarır”.

Yazıçı bildirib ki, müəllifə “irad” da tutub: “Müəllifə bildirmişəm ki, orada esse var və gərək əvvəlində epikraf yazardın ki, “əsəbi zəif adamların oxuması məsləhət deyil”. Əsərin dili ağırdır. "Göyün cazibə qüvvəsi" kitabı nadir kitablardandır. Bir müğənni çıxır, "karifeydir, dahidir" deyirlər, jurnalist məqalə yazır, rəssam rəsm əsəri çəkir, "dahidir" deyirlər. Bu hesabla 10 milyon dahimiz mövcuddur. Qonşudan kimsə deməsə ki, “filankəs böyük adamdır” inanmırıq. Kompleksimiz var. Millət özü özünü tormozlayır. Biz özümüzü sevirik. Bir gün ayılırıq ki, sevənimiz yoxdur. Danışmaq lazım olan yerdə susuruq”.

Tədbirdə çıxış edən deputat Qüdrət Həsənquliyev qeyd edib ki, Bahəddin Həzi insanları düşünməyə vadar edən bir jurnalistdir: "Onun yazdığı hər sözün arxasında dərin bir məna var. Əminəm ki, bu kitab da gələcək nəslin formalaşmasında böyük rol oynayacaq".

Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərkən vurğulayıb ki, Bahəddin Həzinin yazılarını uzun müddətdir oxuyur.

Sabiq deputat Etibar Əliyev çıxışında bildirib ki, belə izdihamlı kitab təqdimatı görməyib.

“Kitab oxumaq mədəniyyətdir. Bahəddin Həzinin ilk kitabı ilə bu kitabın ərsəyə gəlməsi arasında vaxt qısadır. Lakin bu iki kitabı müqayisədə görürəm ki, bu kitabda Bahəddin Həzi daha da müdrikləşib. Bu, təkmilləşmə əlamətidir. Müəllif ölməyib, oxucu ölüb. Oxucunu diriltmək lazımdır. Bugünkü tədbir də yaddaşımızdan silinməyəcək. Həmişə deyirəm, kitab köməyimiz olsun", - deyə Etibar Əliyev vurğulayıb.

Tədbirdə çıxış edən hüquqşünas Aslan İsmayılov xüsusilə qeyd edib ki, Bahəddin Həzi Azərbaycan jurnalistikasında çox nadir abırlı insanlardandır: “25 ildə çox adam fikrini dəyişib. Amma Bahəddin müəllim əvvəldən elə düşüncədə olub ki, obyektivliyini qoruyub”.

Bahəddin Həzi çıxış edərək ürək sözlərini tədbirin qonaqlarına çatdırıb: "Mən istəyirəm ki, siz kitabla mənim sözlərim vasitəsilə tanış olmayasınız, özünüz oxuyaraq tanış olasınız. Biz həyatımızı iki kitab arasında yaşayırıq; əlifba və Quran. Bu iki kitab arasında müxtəlif kitablar oxuyuruq. Mən ümid edirəm ki, mənim bu kitabım sizin həyatınızda əlifba və Quran kitabları arasına girə biləcək".

Tədbirin sonunda yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi "Göyün cazibə qüvvəsi" kitabını tədbir iştirakçıları üçün imzalayıb.

Leyla, Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri