Bakı Tbilisi marşrutu üzrə 5500 dək bilet satışa çıxarılıb ADY
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İyulun 10-dan etibarən Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon qoşulacaq. Biletlər bu gündən satışa verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda bu istiqamət üzrə biletlər mövcuddur və 5500-dək bilet satışa çıxarılıb.
“Müraciətlərin sayı çox olduğundan müəyyən ləngimələr baş verir, ancaq nəzarət altındadır və hər hansı çətinlik yoxdur”, - deyə departament rəisi qeyd edib.
Azər Fərəcov deyib ki, hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 07 İyul 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















