Icma.az
close
up
RU
Bakıda ictimai nəqliyyatda smart kart sistemi niyə yarımçıq təşkil olunur? SƏBƏBLƏR FOTO

Bakıda ictimai nəqliyyatda smart kart sistemi niyə yarımçıq təşkil olunur? SƏBƏBLƏR FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə Bakı şəhərində ictimai nəqliyyatda rəqəmsal ödəniş sisteminə keçid istiqamətində atılan addımlar müasir texnologiyaların tətbiqi baxımından mühüm irəliləyiş kimi təqdim olunur. Lakin sərnişinlərin gündəlik təcrübəsi göstərir ki, “BakıKart” sistemi praktikada ciddi effektivlik problemi ilə üzləşir.
Avtosfer.az xəbər verir ki, vətəndaşların şikayətlərinə əsasən, xüsusilə son aylarda kart oxuyucu terminallarda nasazlıqların artması, bəzi dayanacaqlarda cihazların ümumiyyətlə mövcud olmaması və ya işləməməsi ictimai nəqliyyatdan istifadəni çətinləşdirir. Kartdan vəsait çıxılsa da, xidmətin göstərilməməsi halları sərnişinlərin narazılığına səbəb olur.
Bundan əlavə, real vaxt rejimində serverlə tam sinxron işləməyən sistemlər, əməliyyatların düzgün qeydə alınmamasına və kart balansı ilə xidmətin uyğun gəlməməsinə yol açır. Bu isə həm sərnişin məmnuniyyətinə, həm də ümumi sistemə olan ictimai inama ciddi zərbə vurur.


Mövzu ilə bağlı İKT üzrə ekspert Elvib Abbasov saytımıza açıqlamasında bildirir ki, problem yalnız texnologiyanın qurulması ilə deyil, onun davamlı işlək vəziyyətdə saxlanması ilə bağlıdır:
“Son illərdə ictimai nəqliyyatda rəqəmsal ödəniş sistemlərinə keçid prosesi ”BakıKart” kimi smart kart əsaslı sistemlərlə həyata keçirilir. Lakin təcrübə göstərir ki, bu sistem texnoloji baxımdan mövcuddur, amma effektiv deyil. Xüsusilə də ödəniş edildiyi halda kartın “etibarsız” kimi tanınması və xidmətin göstərilməməsi hallarına tez-tez rast gəlinir”.
Ekspert qeyd edib ki, bu problemlərin kökündə serverin qeyri-sabitliyi, terminalların texniki baxımsızlığı və monitorinq sisteminin olmaması dayanır:
“Əgər sistem real vaxt rejimində düzgün işləmirsə, sərnişinlərin ödədiyi pul sistemdə itir və bu, birbaşa istifadəçi hüquqlarının pozulması deməkdir. Avtomatik “refund” mexanizmlərinin olmaması isə prosesi daha da çətinləşdirir. Rəqəmsal ödənişə keçid dövlətin müasir texnologiyaları tətbiq etməyə çalışmasının göstəricisidir, lakin bu keçidin uğurlu olması üçün yalnız infrastrukturun qurulması kifayət etmir. Vacib olan sistemin: dayanıqlı (24/7 işlək), çevik (problem olduqda tez həll olunan) və istifadəçi yönümlü (şəffaf və rahat) olmasıdır.
Gələcəkdə süni intellekt əsaslı monitorinq sistemləri, real vaxtlı texniki nəzarət, və avtomatik vəsait qaytarma (refund) mexanizmləri ilə bu problemlərin həll edilməsi mümkündür. Amma bu, yalnız texnologiyanın deyil, idarəetmə mexanizminin də “smart” olması ilə mümkündür. Vətəndaşların ictimai nəqliyyatdan rahat və ədalətli şəkildə istifadə etməsi üçün rəqəmsal sistemlərin davamlı olaraq yenilənməsi və təkmilləşdirilməsi zəruridir”.


Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, Bakıda ictimai nəqliyyatda istifadə edilən “BakıKart” sisteminin balansını artıq onlayn şəkildə artırmaq mümkündür. 
“Bununla yanaşı, bir sıra bank kartları və müxtəlif alış-veriş kartları vasitəsilə də ödənişlərin həyata keçirilməsi mümkündür ki, bu da istifadəçilərə əlavə rahatlıq təqdim edir. Metro stansiyalarında “BakıKart” terminalları hələ də mövcuddur, lakin avtobus dayanacaqlarından bu terminallar yığışdırılıb. Səbəb isə həmin ərazilərdə nəzarətsiz və baxımsız mühitin yaranması, nəticədə isə terminalların sındırılması və sıradan çıxarılması hallarıdır. Məhz bu kimi səbəblərə görə dayanacaqlardakı terminallar ləğv edilib”. 
Ekspert vurğulayıb ki, Azərbaycanda nəqliyyat sisteminin tam şəkildə rəqəmsallaşdırılması məsələsi artıq zəruri məsələyə çevrilib:
“İstər şəhərdaxili ictimai nəqliyyat, istərsə də şəhərlərarası səyahətlər üçün bu gün müxtəlif mobil tətbiqlər mövcuddur. Bu tətbiqlər vasitəsilə avtobus və qatar biletlərinin onlayn alınması mümkündür.
Bu yanaşma həm müasir, həm də funksional bir sistemdir. Eyni zamanda vətəndaşlar üçün əlverişli və rahat istifadə imkanları təqdim edir. Rəqəmsal ödəniş mexanizmlərinin mövcudluğu ictimai nəqliyyatı daha cəlbedici və səmərəli edir”.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri