Bank sektorunun aktivləri 49,7 mlrd. manata yaxınlaşıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Fəaliyyətdə olan bankların cəmi aktivləri bu ilin yanvar-oktyabr aylarında 1,1% artaraq 49,697.8 mln. manata çatıb. İlin əvvəlində bu rəqəm 49,178.2 mln. manat təşkil edib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Sektorun cəmi öhdəlikləri bu dövrdə 43,254.6 mln. manata, balans kapitalı isə 6,443.2 mln. manata bərabər olub.
Kredit portfelinin artımı cari ilin oktyabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 1.4% və ya 374.6 mln. manat artaraq 27,080.5 mln. manat olub. Kredit portfelinin 54%-ni (14,628.1 mln. manat) biznes kreditləri, 30.6%-ni istehlak kreditləri (8,277.8 mln. manat) və 15.4%-ni ipoteka kreditləri təşkil edib.
Bu mövzuda digər xəbərlər:Bank sektorunun aktivləri 49,7 mlrd. manata yaxınlaşıb
27 Noyabr 2024 11:00
Bank sektorunun aktivləri artdı
27 Noyabr 2025 11:23
Azərbaycan bank sektorunun aktivləri 53 milyard manata çatıb
27 Yanvar 2025 12:20
Azərbaycanın bank sektorunun aktivləri 8% artıb
27 Noyabr 2024 11:06
Azərbaycanın bank sektorunun aktivləri 13 % artıb
25 İyul 2025 10:08
Baxış sayı:111
Bu xəbər 27 Noyabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















