Icma.az
close
up
RU
“Bina bu vəziyyətdədirsə, pulu hansı xidmətə görə ödəyirik?” Fotolar

“Bina bu vəziyyətdədirsə, pulu hansı xidmətə görə ödəyirik?” Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, ev 4A ünvanında yerləşən binada bir sıra problemlərin olduğu bildirilir. 

“Qafqazinfo”ya müraciət edən həmin binanın sakini Larisa Vladimirovna Hacıyeva iddia edir ki, binanın komendantı hər ay sakinlərdən mütəmadi olaraq ödəniş toplasa da, qarşılığında lazımi xidmətlər göstərilmir.

“Oktyabrın 24-də binanın liftində bədbəxt hadisə baş verib. Bir nəfər kişi mərtəbələr arasında sıxılaraq qalıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Binada iki liftin fəaliyyət göstərməsi nəzərdə tutulsa da, hazırda yalnız bir lift işləyir, o da tez-tez sıradan çıxır. Hadisə baş verən gündən etibarən isə liftin fəaliyyəti tamamilə dayanıb”.

Sakin yaranmış vəziyyətin xüsusilə yaşlılar və uşaqlar üçün çətinlik yaratdığını vurğulayıb: “Bina 12 mərtəbəlidir. Burada yaşlı insanlar, azyaşlı uşaqlar yaşayır. Liftin işləməməsi gündəlik həyatımızı ciddi şəkildə çətinləşdirir”.

Hacıyeva binanın ümumi vəziyyətinin də qənaətbəxş olmadığını qeyd edib. O bildirib ki, blokların təmizliyinə də sakinlər baxır və ərazini özləri süpürməyə məcbur qalırlar: “Komendantın icazəsi ilə mərtəbələrdə paltar asmaq üçün iplər çəkilir. Bu isə yanğın və digər fövqəladə hallar zamanı mərtəbədəki yeganə pəncərəyə çıxışı, yəni mümkün təxliyə yolunu bağlayır. Binanın giriş qapısı və domofon sistemi işləmir, mühafizə xidməti isə binaya daxil olan kənar şəxslərə lazımi nəzarəti həyata keçirmir. Şəxsən mən hər ay 37 manat ödəniş edirəm və bunu təsdiqləyən qəbzim də var. Bina bu vəziyyətdədirsə, biz həmin pulu hansı xidmətə görə ödəyirik?!”

Məsələ ilə bağlı binanın komendatı sorğularımıza cavab olaraq bildirib ki, lift işlək vəziyyətdədir, təmizlik işləri lazımi səviyyədə görülür və mühafizə xidməti də fəaliyyət göstərir:

“Digər tərəfdən, sakinin “hər ay 37 manat ödəyirik” deməsi həqiqəti əks etdirmir. Belə ki, kommunal xidmət haqqı mənzilin hər kvadratmetrinə görə 0,30 qəpik məbləğində hesablanır. Mənzilin sahəsindən asılı olaraq bu məbləğ dəyişir; məsələn 15 və ya 25 manat ödəyən sakinlər də var.

Təhlükəsizlik məsələsi ilə bağlı da sizə yanlış məlumat verilib. Hazırda ixtisaslaşmış lift xidməti təşkilatı ilə müqaviləmiz mövcuddur. Onlar mütəmadi olaraq liftlərə texniki baxış keçirirlər və bunun müqabilində tərəfimizdən aylıq ödəniş edilir. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müəyyən olunmuş qrafik üzrə yoxlamalar aparılır və indiyədək liftlərdə hər hansı nasazlıq olması barədə bizə rəsmi qərar təqdim edilməyib.

Liftdə baş verən hadisəyə gəlincə, qeyd edə bilərəm ki, həmin şəxslər ad günü məclisindən qayıdırmışlar və hadisə məhz onların liftdən istifadə qaydalarına düzgün riayət etməmələri səbəbindən baş verib”.

Lamiyə Məmmədova 










Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Noyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri