Bir sıra ölkələr və müəyyən qruplar İslam haqqında yalan narrativ yaymağa davam edir Hacı İbrahim Tufa
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İslam bəzi qərb cəmiyyətlərində səhv olaraq başa düşüldüyü kimi terrorizm deyil, birlik, sevgi, hörmət və bərabərlik dinidir".
525.az “Report”a istinadən xəbər verir ki, bunu Efiopiyanın İslam İşləri üzrə Ali Şurasının sədri şeyx Hacı İbrahim Tufa Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
"Təəssüf ki, bəzi dövlətlər və müəyyən qruplar İslamı zorakılıq, silah və terrorizm dini kimi təqdim edərək yalan narrativ yaymağa davam edir. Lakin hamımızın bildiyi kimi, bu, həqiqətdən çox uzaqdır. İslamın mahiyyəti sevgini təbliğ etmək, biliyə can atmaq, bərabərlik, mənşəyindən və baxışlarından asılı olmayaraq hər bir insana hörmətdir. Biz dözümlülük, yaxşılıq və dinc birgəyaşayışı öyrədirik", - o qeyd edib.
Sədrin sözlərinə görə, ən qədim və geniş yayılmış dinlərdən biri olan İslam üzləşdiyi çağırışlara baxmayaraq, bütün dünyada milyonlarla insanı birləşdirməyə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















