Icma.az
close
up
RU
Böyük Qayıdış: Azad edilmiş ərazilər yeni inkişaf dövrünü yaşayır

Böyük Qayıdış: Azad edilmiş ərazilər yeni inkişaf dövrünü yaşayır

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Kəlbəcər işğal olunana kimi Ermənistan ordusu Kəlbəcərdə Başlıbel, Ağdaban faciələrini törətmişdi, işğal günü Tunel deyilən yerdə çoxsaylı pusqu qurmuşdu. Yüzlərlə kəlbəcərli öldürülmüşdü, minlərlə kəlbəcərli geri qaçaraq dağda-daşda gizlənmişdi, Kəlbəcəri dağ yollarıyla tərk eləmişdi. Yüzlərlə döyüşçümüz şəhid olmuşdu, yüzlərlə hərbi qulluqçu, vətəndaş əsir düşmüşdü, neçələrinin nəşi indi də tapılmır, ermənilər onları xəyanətlə öldürmüşdü, hardasa kütləvi məzarda basdırmışdı, yerini bildirmir, belə qəbirlər müəyyən qazıntılar zamanı aşkarlanır...

Kəlbəcər 1993-ci il aprelin 2-də işğal olundu. Düşmən Kəlbəcərin təbii sərvətlərini talamağa başladı, qızıl və zəylik-alunit yataqlarını qəddarcasına dağıtmağa davam etdirirdi. Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti bunun qarşısını almırdı, bəlkə də almaq istəmirdi. Bunu Azərbaycan dövlətinin özü dayandıracaqdı!
Azərbaycan Ordusu Ermənistanın sonuncu hücumunun (27 sentyabr 2020-ci il) da qarşısını qətiyyətlə aldı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına keçdi. Ordumuz döyüşə-döyüşə mövqe qələbələri qazanır, mövqe qələbələri qazana-qazana döyüşürdü. Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Azərbaycan rəsmən İkinci Qarabağ müharibəsinin qalibi oldu. Ermənistan bu Bəyanata görə Kəlbəcəri, Laçını, Ağdamı döyüşsüz tərk etməli idi. Bu şərt də Azərbaycan dövləti¬nin nüfuzunun, gücünün, Azərbaycan Ordusunun qüdrətinin Zəfəri kimi tarixləşdi. Ermənistan ordusunun bu rayonları döyüşsüz tərk etməsi onun təslimolma sənədinin bir hissəsi idi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı çıxışında Kəlbəcərin işğalını da xatırlatdı. Bu işğala imkan verən səbəblərdən də danışaraq dedi: “...Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır”.
Kəlbəcər işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Kəlbəcərdə də böyük quruculuq işləri başladı. Bu quruculuq işləri dövlətin, bilavasitə dövlət başçısının ciddi nəzarəti ilə aparılmaqdadır. Dövlət başçımızın tarixi Zəfərdən sonra Kəlbəcərə səfərlərində böyük quruculuğun vüsəti artır. 2021-ci il avqustun 16-da Toğanalı-Murovdağ avtomobil yolu üzərində inşa olunacaq 11,6 kilometr uzunluğunda tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməli qoyulub, 2023-cü il may ayının 27-də “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, 2024-cü il sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib, 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinin sakinlərinə mənzillərin açarları təqdim edilib, Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 21-də Kəlbəcərə səfəri regionda quruculuq işlərinin daha da genişlənməsinin təminatı olacaq. Səfər zamanı dövlət başçımız çıxışında ədaləti bərpa etdiyimizi, xalqımızın iradəli xalq olduğunu, torpağa bağlılığını, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşasının nəzərdə tutulduğunu, bütün infrastruktur layihələrinin icra ediləcəyini, minalardan təmizləmə işləri aparıldığını, Azərbaycan xalqının ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha göstərdiyini, xatırladaraq dedi ki, “Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi. Bu da çox vacib idi. Çünki Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi”.
“Dünən dünənliyində qaldı” deyimi var. Bu deyim dövlətlə, dövlətçiliklə, xalqla bağlı ola bil¬məz. Hər bir Azərbaycan vətəndaşı dünənləri heç zaman yaddan çıxartmayacaq. Bu səfər zamanı dövlət başçımız çıxışında həm də bu fəlsəfi dərki də xatırlatdı: “Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzulayıram”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə bu səfəri də dövlətimizin quruculuq siyasətinin təzahürüdür və bu səviyyədə də tarixləşdi. Dünya ictimiyyəti bir daha əmin oldu ki, ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan dövləti işğaldan azad olunmuş əraziləri də optimal müddətdə yenidən qurmağa qadirdir.

Səbinə Xasayeva
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri