Bu ölkənin ordusu türkcə öyrənəcək: Protokol imzalandı
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Türk-Macar Mədəniyyət İli” çərçivəsində Türkiyə ilə Macarıstan arasında mühüm əməkdaşlığa imza atılıb.
Publika.az xəbər verir ki, Macarıstan hərbi və mülki personalına türk dili təhsili veriləcək.
Budapeşt Yunus Əmrə İnstitutu (YEE) ilə Macarıstan Milli Müdafiə Nazirliyi arasında silahlı qüvvələr və mülki personala türk dili təhsili vermək məqsədilə əməkdaşlıq protokolu imzalanıb. Bununla da YEE sözügedən protokolla Macarıstandakı təhsil və mədəni əməkdaşlıq fəaliyyətlərinə bir yenisini əlavə edib.
İmzalanma mərasimində Türkiyənin Budapeştdəki səfiri Gülşen Karanis Ekşioğlu, Macarıstan Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və İnsan Resursları Siyasəti üzrə dövlət katibi Kutnyanszky Zsolt Krisztian, Budapeşt YEE Koordinatoru Mustafa Aydoğdu, hərbi attaşe polkovnik Feride Tosun və nazirlik personalı qatılıb.
Aysel Şahmar
Baxış sayı:149
Bu xəbər 29 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















