Icma.az
close
up
RU
“Buna görə də neftin qiymətində azalmalar hiss olunur” Ekspert

“Buna görə də neftin qiymətində azalmalar hiss olunur” Ekspert

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən bir çox sahələrdə olduğu kimi, ticarət sahəsində də ciddi dəyişikliklərə imza atıb. O, ticarət siyasətini, xüsusilə digər ölkələrlə olan ticarət münasibətlərini yenidən qurmaq və Amerika iqtisadiyyatını gücləndirməyi prioritet kimi dəyərləndirir. Bu səbəbdən dollar bahalaşmağa, neft isə ucuzlaşmağa başlayıb. 
Bəs bu siyasət Azərbaycana necə təsir edəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, Tramp administrasiyasının yürütdüyü siyasətin proteksionizmə doğru daxili bazarının qorunmasına, ABŞ  iqtisadiyyatının real sənaye, istehsal sektorunun inkişafına doğru olması gözlənilən idi:
“Nəzərə almaq lazımdır ki, Amerika iqtisadiyyatında dərin sturuktur problemlər var. Xarici ticarətdə mənfi saldonun tarazlaşdırılması, yerli istehsalın stimullaşdırılması  bu çox ciddi çağırış kimi Amerika iqtisadiyyatı qarşısında dayanır. Bu baxımdan təbii ki,  neft  hasilatının artırılması, neft ixracının artırılması da gündəlikdə olan məsələlərdəndir. Buna görə də neftin qiymətində azalmalar hiss olunur. Eyni zamanda düşünürəm ki, yaxın aylarda da gözləniləndir”. 
Ekspert onu da bildirib ki, digər tərəfdən bu siyasətin başqa bir nəticələri də gözləniləndir:
“Belə ki, qloballaşmadan iqtisadiyyatın regionallaşmasına doğru proseslərin  getməsi dünyanın  müxtəlif bölgələlərinin iqtisadi imkanlarının genişlənməsinə şərait yaratmalıdır. Ona görə də biz Azərbaycan iqtisadiyyatına Tramp administrasiyasının  siyasətinin təsirlərini proqnozlaşdırmağa çalışsaq görərik ki, bir tərəfdən neftin, qazın qiymətinin azalması kimi çağırışlar böyük ehtimalla bir qədər formalaşa bilər. Amma digər tərəfdən regional iqtisadi əməkdaşlıq çərçivəsində iqtisadiyyatımızın yüksək texnoloji sahələri  öz artımı üçün fürsətlər və imkanlar əlavə olaraq əldə edəcək. Ona görə də bu baxımdan  məsələyə yanaşdıqda Tramp administrasiyasının siyasəti bizim milli iqtisadiyyatımızın inkişafı  baxımından ölkəmizə əlavə imkanlar verəcəyini proqnozlaşdırmaq olar”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri