Icma.az
close
up
RU
Cəmiyyət etiraz etdi: Xalq yazıçısına sərt cavablar

Cəmiyyət etiraz etdi: Xalq yazıçısına sərt cavablar

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalq yazıçısı Kamal Abdullanın yerli mediaya verdiyi müsahibədə qadınlarla bağlı səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

O bildirib ki, qadının əsas rolu ailə və övlad qayğısı ilə bağlı olmalıdır: 

“Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o başqa məsələdir.

Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər”.

Səsləndirilən bu fikirlər sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bəzi şəxslər bu yanaşmanı ənənəvi ailə modeli kimi dəyərləndirsə də, digərləri qadınların cəmiyyətdə və iş həyatında rolunun məhdudlaşdırılması kimi qiymətləndirib.

Qadının yalnız ev və ailə ilə məhdudlaşdırılması nə dərəcədə doğru yanaşmadır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Kamal Abdullanın səsləndirdiyi bu fikrə emosional yanaşmaq düzgün deyil, mahiyyət etibarilə yanaşmaq lazımdır:

"Kamal Abdulla Azərbaycanın böyük alimidir, illərdir elmə, təhsilə, ədəbiyyata xidmət edən ziyalı şəxsiyyətdir. Onun bu fikri Azərbaycan qadınını aşağılamaq, qadının cəmiyyətdəki rolunu kiçiltmək mənasında deyilməyib. Əksinə, müasir dövrdə sürətlə aşınan ailə dəyərlərinə diqqət çəkmək məqsədi daşıyır.

Bu gün hamımız görürük ki, valideyn nəzarətindən və diqqətindən uzaq böyüyən uşaqların sayı artır. Bir çox uşaqlar faktiki olaraq təkbaşına böyüyür, sosiallaşmaqda çətinlik çəkir, yanlış mühitlərin, mənfi təsirlərin hədəfinə çevrilirlər.

Ailə daxilində ünsiyyətin azalması, valideynlə övlad arasında mənəvi bağların zəifləməsi artıq cəmiyyət üçün ciddi problemə çevrilib. Bu baxımdan anaların övlad tərbiyəsində rolunun xüsusi vurğulanması təbii qarşılanmalıdır".

O qeyd edib ki, amma reallığın digər tərəfi də var:

"Həyat şərtləri elədir ki, bir çox ailədə kişilər ailənin bütün yükünü təkbaşına daşımaq imkanında olmur. Qadınlar işləyərək həm özlərini reallaşdırır, həm də ailənin maddi yükünə dəstək verirlər.

Azərbaycan qadını bu gün həm ana, həm çalışan qadın, həm də ailənin dayağı rolunu eyni vaxtda daşıyır. Ona görə məsələni “qadın işləməsin” kimi sərt çərçivədə təqdim etmək doğru olmaz.

Düşünürəm ki, burada əsas mesaj ailə institutunun qorunması, uşaqların diqqət və qayğı içində böyüməsinin vacibliyidir. Çünki sağlam cəmiyyətin təməli məhz sağlam ailədən başlayır".

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə bildirib ki, məhz təhsil alan, düşünən və ictimai həyatda iştirak edən qadın ailəni də daha sağlam, daha güclü və daha təhlükəsiz edə bilir:

“Kamal Abdullanın “biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər” fikri qarşısında susmaq çətindir. 

Çünki bu söz sıradan bir şəxsin deyil, özünü söz adamı kimi təqdim edən, strateji əhəmiyyət daşıyan bir təhsil müəssisəsinə rəhbərlik edən şəxsin dilindən səslənir. 

Əminəm ki, sonra deyiləcək ki, fikir “müsbət mənada” ifadə olunub, ailə dəyərləri nəzərdə tutulub və sair. Amma məsələ məhz burada başlayır. Sözün sosial, psixoloji, hüquqi və mənəvi təsirini yaxşı bilməli olan bir insan dediyi cümlənin cəmiyyətə necə mesaj verdiyini də bilməmiş deyil. 

Çünki vəzifə böyüdükcə, söz artıq şəxsi fikir olmaqdan çıxır, ictimai təsir vasitəsinə çevrilir".

O vurğulayıb ki, belə bir fikir sadəcə şəxsi yanaşma deyil, həm də dövlətin illərlə formalaşdırmağa çalışdığı sosial istiqamətlə ziddiyyət yaradan mesajdır:

"Bu gün Azərbaycan dövləti qadınların təhsildə, ictimai həyatda, idarəetmədə iştirakını artırmaq üçün proqramlar həyata keçirir, gender bərabərliyi ilə bağlı öhdəliklər götürür, qadınların iqtisadi güclənməsini prioritet istiqamət kimi təqdim edir.

Strateji bir təhsil müəssisəsinin rəhbəri bunları bilməmiş deyil. O halda belə bir fikir sadəcə şəxsi yanaşma deyil, həm də dövlətin illərlə formalaşdırmağa çalışdığı sosial istiqamətlə ziddiyyət yaradan mesajdır.

Məhz ziyalı statusunda olan insanlar tərəfindən bu tip fikirlər cəmiyyətdə onsuz da mövcud olan stereotipləri legitimləşdirir.

Yəni qadının fəaliyyəti, bacarığı, elmi və ictimai potensialı yox, onun “harada olmalı olduğu” müzakirə predmetinə çevrilir.

Bu isə təkcə qadına münasibət məsələsi deyil, bütövlükdə cəmiyyətin inkişaf modeli ilə bağlı məsələdir.

Qadının yalnız mətbəx və evlə məhdudlaşdırıldığı heç bir cəmiyyət uzunmüddətli inkişaf, innovasiya və sağlam sosial düşüncə modeli qura bilməyib.

Çünki qadını ictimai həyatdan geri çəkmək, əslində cəmiyyətin öz potensialının yarısını zəiflətmək deməkdir".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: Kamal Abdulla Elnarə Akimova Mehriban Zeynalova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 May 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri