Icma.az
close
up
RU
Cənubi Qafqazda güclərin savaşı: Trampın sülh həmləsi Putini qıcıqlandırır

Cənubi Qafqazda güclərin savaşı: Trampın sülh həmləsi Putini qıcıqlandırır

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul edəcəyi xəbər verilir.

Üçtərəfli görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunması istiqamətində sənədi imzalayacaqlar. Hazırkı mərhələdə söhbət yekun sülh müqaviləsindən deyil, çərçivə sənədindən gedir.

Britaniyanın “Middle East Eye” nəşri isə Vaşinqtonda qeyd edir ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh naminə çalışmağa söz verən anlaşma memorandumu imzalayacaqlar.

Adıçəkilən nəşrin yazdığına görə, iki lider Trampa diplomatik qələbə qazandıracaq sülh sazişi layihəsi deyil, niyyət məktubu imzalayacaq.

ABŞ Respublikaçılar Partiyasından olan senator Stiv Deyns “The Wall Street Journal” qəzetinə yazdığı məqaləsində Tramnpın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını yazır.

“ABŞ Prezidenti Trampın təşəbbüsü ilə Cənubi Qafqaz ölkələri olan Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmaq ərəfəsindədir”.

“Bu, mühüm nailiyyət olacaq, regional və beynəlxalq sülhə, eləcə də iştirakçı ölkələrin hüdudlarından kənara çıxan iqtisadi faydalara töhfə verəcək, sabitliyə doğru daha bir addım olacaq”, - deyə senator bildirib.

Qeyd edək ki, Ağ Evdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sənədin sülh müqaviləsi olacağını söyləmək tezdir.

Çünki Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarına hüquqi cəhətdən xitam verilmədən hər hansı sülh sazişindən danışmaq mümkün deyil.

Lakin Vaşinqtonda niyyət məktubunun imzalanması ilə tərəflər arasında sülh müqaviləsinin mətninin paraflanması başa çatacaq. Bu daha çox niyyət protokoludur və bəyannamə xarakterli olduğundan məcburi hüquqi öhdəlik yaratmır. Amma Ağ Evdə imzalanacaq sənəd iki ölkə arasında sülh prosesini sürətləndirə bilər. Belə ki, niyyət məktubunun imzalanması Azərbaycanın işğal altındakı anklav kəndlərinin geri qaytarılmasına təkan vermiş olar. Eləcə də, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətlənəcəyi istisna edilmir. 

Vaşinqton görüşünə Nikol Paşinyan Tramp administrasiyası ilə yaxınlaşmaq və Qərbdə siyasi mövqeyini gücləndirmək vasitəsi baxır. Bu isə Paşinyana 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri qabağı Rusiyanın və müxalifətin təzyiqlərindən müdafiə olunmaq imkanı yaradır.

Yəni Azərbaycanla sülhə nail olmaq səyləri Rusiya dəstəkli müxalifətin və kilsənin Paşinyana qarşı etirazlarına səbəb olacaq. Xüsusilə də Paşinyanın Konstitusiya referendumu keçirməyə razılaşması Ermənistanda siyasi qarşıdurmanı daha da gərginləşdirə bilər. Bu səbəbdən, Tramp administrasiyasının sülh prosesində Paşinyana dəstək verməsi onun hakimiyyətini yarana biləcək təhlükədən siyasi cəhətdən sığortalamış olar. 

Lakin ABŞ Prezidentinin Azərbaycanla Ermənistan arasında sülh yaratmaq təşəbbüsünün problemi birməanlı şəkildə həll edəcəyini söyləmək çətindir. Çünki tam sülhə nail olmaq üçün Ermənistan Konstitusiyandan Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalı, Zəngəzur dəhlizi açılmalıdır.

Bundan başqa Ermənistan Azərbaycanın ərazi bütövlüyünü de-yure tanımalıdır. Rəsmi Vaşinqtonun təklif etdiyi sülh variantı isə daha çox prezidentin siyasi reytinqini artırmağa hesablanıb. ABŞ Prezidenti özünü dünyada münaqişələrə son qoyan və sülh tərəfdarı kimi təqdim edir. Lakin Tramp hələlik buna istədiyi qədər nail ola bilməyib.

Onun əsas hədəfi Rusiya və Ukrayna arasında müharibəni dayandırmaq olsa da, diplomatik cəhdləri uğursuz oldu. Ukraynanın qiymətli minerallarının istismarına dair ABŞ ilə imzalanmış saziş də bu müharibəni dayandıra bilmədi. Tramp iyunun 28-də Ağ Evdə Konqo Demokratik Respublikası və Ruanda arasında sülh müqaviləsinin imzalanmasında iştirak edib. Həmin saziş də hər iki ölkənin faydalı qazıntılarının ABŞ-yə verilməsini nəzərdə tutur. Bu kimi üsullar isə sülhün dayanıqlı olmasını təmin edə bilməz. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: Tramp Putin Ağ Ev liderlər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri