Icma.az
close
up
RU
COP29 Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, diplomatik gücünü və beynəlxalq nüfuzunu bir daha sübut etdi DEPUTAT

COP29 Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, diplomatik gücünü və beynəlxalq nüfuzunu bir daha sübut etdi DEPUTAT

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"COP29 Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, diplomatik gücünü və beynəlxalq nüfuzunu bir daha sübut etdi" - DEPUTAT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu təkcə coğrafiya ilə bağlı deyil: "Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib". Azərbaycan Prezidentinin bu fikirlərini, COP29 sammiti real nəticələrlə təsdiq etmiş oldu".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, bir il bundan öncə COP29-un Bakıda keçirilməsi barədə qərar qəbul edilən andan anti-Azərbaycan qüvvələr tərəfindən ölkəmiz əleyhinə kütləvi qarayaxma, böhtan kompaniyası başlanıldı:

"Konfransların keçirildiyi ərəfədə kompaniyası daha da şiddətləndi. Məsələnin kökündə, bəzi qlobal güclər üçün Azərbaycanı təsir və təzyiq altında saxlamaqla, öz geosiyasi maraqlarını təmin etmək, ermənipərəst qruplar üçün isə, Bakı həbsxanasında cəzalarını çəkən separatçıların ,,liderlərinin,, həbsdən azad olunmasına nail olmaqdır. Hər iki qrup, məqsədlərinə çatmaqdan ötrü pulla satın alınmış siyasətçilərin, jurnalistlərin imkanlarından maksimum istifadə etdilər. Boykot çağırışlarından tutmuş, nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə piar-kampaniyaya qədər, tərəflər arasında razılaşmaların baş tutmaması üçün əllərindən gələni etdilər. Bu gün biz qürurla deyə bilərik ki, COP29-da əldə olunan nəticələr, həmin qüvvələri məyus etdi. 200-ə yaxın ölkədən 70 mindən artıq nümayəndə heyəti, 80 ölkədən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri Sammitin işində iştirak etdi. İki həftədən artıq müddətdir ki, Bakı dünyanın ən iri kütləvi informasiya vasitələrinin, rəsmi qurumların müzakirə predmetinə çevrildi. Bakı sammiti, nüfuzlu televiziya kanallarının, çox milyonluq tirajla çıxan qəzet və jurnalların xəbər portallarında əsas yerləri tutdu. Dünya, bir daha Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, diplomatik gücünü, beynəlxalq nüfuzunu gördü".

Deputat vurğulayıb ki, müstəqillik illərində paytaxtımız bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdi:

"Lakin, tam məsuliyyətlə deyə bilərəm ki, COP29-da olduğu qədər, heç zaman belə iri miqyasda təbliğ olunmamışdır. COP29 əldə olunmuş nəticələri ilə tarixə düşdü. 10 ildən artıq bir müddətdə müzakirə və mübahisə predmetinə çevrilmiş Paris sazişinin 6.2, 6.4 və 6.8 bəndləri bir-birinə əks qütblərə məxsus, böyük dövlətlər tərəfindən razılaşdırıldı. İlik dəfə 2035-ci ilə qədər, illik 300 milyard ABŞ dolları ayrılması ilə bağlı öhdəlik götürüldü. Baxmayaraq ki, ilkin hədəf 200 milyard dollar idi. İnkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar həcmində iqlim maliyyəsini təmin etmək üçün Bakı Maliyyə Məqsədi razılaşması elan edildi. Müqayisə üçün, Dubayda keçirilən COP28-də cəmi 100 milyard dolların ayrılması planlaşdırılmışdı. ABŞ prezidenti Co Bayden COP 29 sammitinin uğurla nəticələnməsi ilə bağlı təbrik bəyanatı göndərdi. Mühüm razılaşmaların əldə olunmasında, yüksək səviyyəli təşkilatçılıqda, Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu və qlobal müzakirələr mərkəzinə çevrilməsini xüsusi rolunu qeyd etməsi isə, bədxahlara verilmiş cavabdır. COP29 müstəqil Azərbaycan tarixinə əlamətdar hadisə kimi düşdü. Ölkəmizlə fəxr etməliyik. Azərbaycan şərəfli tarix yazmaqda davam edir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 27 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see125

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see124

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri