Deputat: “ABŞ senatorlarının mövqeyi Azərbaycanın suveren məhkəmə proseslərinə müdaxilədir”
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
"Azərbaycan münaqişə sonrası humanitar proseslərdə daim məsuliyyətli mövqe nümayiş etdirir".
"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deputat deyib.
Deputat bildirib ki, ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, azad edilmiş ərazilərdən minalardan təmizlənməsi, infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin geri qayıdışı məsələlərində son dərəcə müdrik, qətiyyətli mövqe nümayiş etdirir:
"Artıq elə bir dövr gəlib çatıb ki, Cənubi Qafqaz əməkdaşlığın, yeni sərmayə axınlarının, yaşıl enerji, nəqliyyat və mədəni diplomatiyanın mərkəzinə çevrilməlidir. Bu hədəf üçün Azərbaycan lazımı siyasi iradəni nümayiş etdirir və bütün tərəfdaşlarla əməkdaşlığa açıqdır. Bu baxımdan, bir qrup ABŞ senatorunun ədalət məhkəməsinə cəlb edilmiş erməni əslli şəxslərə dair mövqeyi məsələyə qeyri-obyektiv yanaşmanın təzahürüdür. Bu, Azərbaycanın suveren məhkəmə proseslərinə müdaxilə kimi qiymətləndirilir. Belə yanlış bəyanatlar bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, Ermənistanın əsasız iddialarını stimullaşdırır. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan tərəfi 2020-ci il 44 günlük müharibədən sonra bütün hərbi əsrlərin qarşılıqlı şəkildə geri qaytarılması öhdəliyini tam şəkildə yerinə yetirib. Bu gün ölkəmizdə saxlananlar və barəsində hüquqi prosedurlar aparılan şəxslər hərbi əsir deyil. Onlar Azərbaycan Respublikasının qanunvericiliyini əsasən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















