Icma.az
close
up
RU
Dermatoloqdan XƏBƏRDARLIQ Bu vərdişlər dəridəki qırışları artırır

Dermatoloqdan XƏBƏRDARLIQ Bu vərdişlər dəridəki qırışları artırır

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

“Dəridəki qırışlar hər kəsdə fərqlidir və fərdi müalicə tələb edir”.

Bunu türkiyəli dermatoloq Nihan Yüksel Çanakçı deyib.

Dəriyə təsir edən bir neçə amil var ki, onlardan ən başlıcası qulluq,  təmizlik, stress, yuxu rejimi və sağlam qidalanma kimi faktorlardır.

“Dəri epidermis və dermis olmaqla iki təbəqədən ibarətdir. Epidermis sıx keratin tərkibi ilə dəriyə güc verir, Daha dərin və qalın təbəqə olan dermis, sıx kollagen lifləri ilə dərinin sıx və dar olmasını, elastin lifləri ilə isə elastik olmasını təmin edir. Yaşla birlikdə dərinin su və yağ nisbətində azalma yaranır. Beləliklə, dəri tədricən nəmli, elastik, sıx və dartılmış vəziyyətini itirir, qırışlar əmələ gəlməyə başlayır. Bu təbii qocalma prosesinə ilk olaraq genetik fon təsir edir. Bu proses bəzilərində ləng irəliləsə də, bəzilərində çox sürətlə irəliləyə bilər”,-deyə dermatoloq bildirib.

Həkimin sözlərinə görə, ən əhəmiyyətlisi ultrabənövşəyi şüalardır. Güclü ultrabənövşəyi şüalara məruz qalmaq dermisdə kollagen və elastin liflərinin strukturunun pozulmasına və liflərin məhvinə səbəb olur. Bu, təbii qocalma prosesini sürətləndirir və qırışların erkən görünməsini asanlaşdırır. Güclü stress, siqaret və spirt istehlakı, yuxu pozğunluqları, yüksək glisemik indeksli və qatqılı qidaların qəbulu, dərmanlar, xroniki xəstəliklər də dərinin quruluşuna mənfi təsir edir və məhv prosesini sürətləndirir.

Qırış müalicəsinin “profilaktika” və “qoruma” mərhələlərindən başladığını vurğulayan Dr. Çanakçı dərinin nizamlı olaraq nəmləndirilməsinin, yaşa və dərinin ehtiyaclarına uyğun olaraq dərinin keyfiyyətinin artırılması üçün prosedurların aparılmasının vacib olduğunu qeyd edib.

“Dərinin nəmləndirilməsində ən vacib maddə “hialuron turşusu”dur.  Hialuron turşusunu ehtiva edən serum və nəmləndiricilərlə dərini səthdən təmizləmək lazımdır. Əgər qırışlar əmələ gəlib dərinləşməyə başlayıbsa, mimik qırışların müalicəsi üçün botoks olaraq bilinən botulinum toksin tətbiqləri yerinə yetirilə bilər. Stress, yuxu rejimi, sağlam qidalanma qırışlara qarşı əhəmiyyətlidir. Stressin azaldılması, yuxu rejiminə diqqət yetirilməsi, mövsümi və təbii qidalar qəbul edilməsi, siqaret, spirt kimi orqanizmə toksik olan maddələrdən uzaq durmaq çox vacibdir”,-deyə mütəxəssis vurğulayıb.

medicalmedia.az 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri