Icma.az
close
up
RU
Dietoloq: “Gecə yemək vərdişi maddələr mübadiləsini zəiflədir və artıq çəkiyə səbəb ola bilər”

Dietoloq: “Gecə yemək vərdişi maddələr mübadiləsini zəiflədir və artıq çəkiyə səbəb ola bilər”

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Gecələr yatmazdan əvvəl yemək yemək bir çox insanın gündəlik həyatında rast gəlinən haldır. Bəziləri bunu aclıq hissi ilə, digərləri isə sadəcə vərdiş olaraq edirlər.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan dietoloq Validə Şıxıyeva bildirib ki, gecə yatmazdan əvvəl yemək orqanizmin fəaliyyətinə birbaşa təsir göstərir.

Onun sözlərinə görə, yuxu zamanı bədən istirahət etdiyindən həzm prosesi ləngiyir. Bu isə qəbul edilən qidanın tam parçalanmamasına və mədə-bağırsaq sistemində narahatlıqlara səbəb ola bilər.

Dietoloq qeyd edib ki, xüsusilə yağlı, qızardılmış və karbohidratla zəngin yeməklər gecə qəbul edildikdə artıq çəki riskini artırır. Onun fikrincə, belə vərdiş həmçinin mədədə yanma, köp və turşuluq kimi problemlərə gətirib çıxara bilər.

“Axşam yeməyi ilə yuxu arasında ən azı 4-5 saat fərq saxlamaq məqsədəuyğundur. Çünki bu müddət ərzində qidanın ilkin həzm prosesi başa çatır və orqanizm rahatlayır. Gecə aclıq hissi yaranarsa, yüngül və azkalorili qidalar seçmək daha doğrudur. Məsələn, bir stəkan azyağlı qatıq və ya bir neçə dilim meyvə uyğun seçim sayılır. Bu həm yuxu keyfiyyətini pozmur, həm də mədəyə əlavə yük yaratmır. Gecə yemək vərdişi uzunmüddətli olarsa, maddələr mübadiləsini zəiflədir. Bu da gələcəkdə piylənmə və digər metabolik problemlərə səbəb ola bilər”-deyə o əlavə edib.

Validə Şıxıyeva sonda vurğulayıb ki, sağlam yuxu və düzgün qidalanma rejimi ümumi həyat keyfiyyətini qorumaq üçün mühüm amildir.

Firuzə

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri