DİM in avqust ayında keçirdiyi imtahanlarda üç mindən çox şəxs iştirak edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqust ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, avqust ayında keçirilmiş imtahanlarda 3292 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 841 min 820 olub. Avqust ayı ərzində 5021 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 286 nəfər iştirak edib. Elektron poçt vasitəsilə 2500-ə yaxın, sosial şəbəkələr vasitəsilə 3000-dən artıq müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 7234 olub. Abituriyent məsləhət mərkəzlərinə 7500-dən artıq müraciət daxil olub.

DİM in may ayında keçirdiyi imtahanlarda 160 mindən çox şəxs iştirak edib
04 İyun 2025 14:23
DİM in iyun ayında keçirdiyi imtahanlarda 51 mindən çox şəxs iştirak edib
09 İyul 2025 17:18
İmtahanlarda 33 mindən çox adam iştirak edəcək
03 Aprel 2025 12:24
DİM in imtahanlarda çaşdırıcı “tələsi”?
30 May 2025 13:30

