Icma.az
close
up
RU
Dünyanı qan çanağına döndərən Baydenin son zərbəsi: Tramp bu vəziyyətdən necə çıxacaq?

Dünyanı qan çanağına döndərən Baydenin son zərbəsi: Tramp bu vəziyyətdən necə çıxacaq?

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın uzaqmənzilli raketlərlə vurulmasına icazə verilməsindən danışıb.

O bildirib ki, artıq NATO ölkələrindən Rusiyanın dərinliklərinə raket zərbələri endirmək cəhdləri olub. Medvedevin sözlərinə görə, Qərb raketlərinin Rusiya Federasiyasının dərinliklərinə endirilməsi, Moskvanın cavab zərbəsi vurmaq hüququ ilə NATO ölkələrinin Rusiyaya hücumu kimi qiymətləndirilə bilər.

Medvedev qeyd edib ki, Qərbin uzaqmənzilli raketləri Rusiyaya qarşı hərbi əməliyyatlara ciddi töhfə verə bilməyəcək.

O, Bayden administrasiyasının Tramp komandasının həll etməli olduğu Rusiya Federasiyası ilə münaqişəni qəsdən gərginləşdirdiyini vurğulayıb. Medvedev Rusiya Federasiyasının ona edilən hücumlara reaksiyası barədə xəbərdarlıq edib, bildirib ki, Bayden ölərkən bəşəriyyətin bir hissəsini özü ilə aparmağa qərar verib.

Mövzu ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi Kənan Novruzov bildirib  ki, ABŞ administrasiyasının Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vurmağa icazə verməsi həm də perspektivdə  and içmədən sonra Trampın müharibəni bitirmək səylərinin qarşısını almağa hesablanıb:

"Tramp demişdir ki, mən hakimiyyətə gəlsəm bir neçə günə, hətta bir sutkaya müharibəni bitirə bilərəm. Tramp böyük ehtimalla Ukraynaya dəstəyi azaldacaq, bu da Ukraynanın Rusiyanın şərtləri ilə masaya oturması ilə nəticələnə bilər. Ona görə də Bayden tələsik belə bir qərar verdi ki, Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirsin və müharibə daha da gərginləşsin. Yəni bıçaq sümüyə dirənsin və artıq tərəflər eyni masa ətrafına otura bilməsin".

K.Novruzovun fikrincə, Baydeni düşündürən Ukrayna deyil, sadəcə Respublikaçıları aciz, gücsüz, yalançı durumuna salmaq niyyətindədir: "İkinci bir tərəfdən Medvedevin açıqlamasına doğrudan da həqiqət var. Bayden adminstrasiyasının hakimiyyət dövründə  bir çox regionlarda çox ciddi kataklizimlər müşahidə olundu. O cümlədən Şərqi Avropada , Yaxın Şərqdə hətta Cənubi Qafqazda  və digər regionlarda ABŞ hakimiyyəti müharibələrə rəvac verdi  və burada iki məqsəd var idi. Birincisi, özünün silah biznesini gücləndirmək , ikincisi müxtəlif regionlarda  təsir  imkanlarını artırmaq.  İndi belə davam edərsə, Rusiyanın cavabı nə olacaq?  Mülki obyektləri hədəf almağa davam edəcək, mülki infrastrukturları hədəf alacaq. Eyni zamanda Rusiya prezidenti Vladmir Putin yenilənmiş nüvə doktrinasının təsdiqlədi. Bu da təsadüfi deyil. Bu elə məhz Ağ Evin sözü gedən addımına cavabdır. Bütün hallarda görünən odur ki,  müharibə daha da  gərginləşəcək, genişlənəcək, danışıqlar imkanı azalacaq və həm də nüvə silahından istifadə imkanı arta bilər". 

Ceyran İsmayılzadə,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sitat.info
archiveBu xəbər 20 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri