Dünyanın diqqəti Bakıda: İlham Əliyevə verilən bu mükafat nədən xəbər verir? AÇIQLAMA
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Müasir dünya nizamında hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir. Bu mükafat sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir.
Milli Məclisin deputatı Azay Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin dünyaca məşhur Şeyx Zayed Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nüfuzlu “İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi tamamilə məntiqli, ədalətli və zamanında verilmiş bir qərardır:
“Çünki müasir dünyada, xüsusilə də son 80 il ərzində uzun onilliklər boyu davam etmiş ağır dövlətlərarası münaqişəni və müharibəni beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, ədalətli və qətiyyətli şəkildə həll edərək real və dayanıqlı sülhü təmin etməyə nail olmuş yeganə dövlət başçısı məhz İlham Əliyevdir. Cənubi Qafqazda formalaşmış yeni siyasi reallıq bunun bariz sübutudur. Etiraf etmək lazımdır ki, çağdaş dünyada bu miqyasda və bu qədər aydın nəticə verən sülh quruculuğu nümunəsinə rast gəlmək mümkün deyil. Bu baxımdan, indiyədək “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülmüş şəxslər arasında ən layiqli namizədin məhz Prezident İlham Əliyev olması heç bir şübhə doğurmur. Hazırda paraflanmış və de-fakto qüvvədə olan sülh sazişi rəsmi şəkildə imzalandıqdan sonra Prezident İlham Əliyevin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi tam əsaslı və obyektiv olardı. Mən əminəm ki, İlham Əliyev bu ali mükafata ən layiqli namizəddir və bu təklif rəsmi olaraq təqdim olunmalıdır. Nobel Sülh Komitəsinin isə Prezidentin real, praktiki və nəticə yönümlü sülh qurucusu olduğunu nəzərə alacağına ümidim çoxdur. Digər tərəfdən, Nobel qardaşlarının vaxtilə məhz Azərbaycanın neft yataqlarından əldə etdikləri vəsait hesabına təsis etdikləri bu mükafatın Azərbaycan Prezidentinə verilməsi, həm tarixi baxımdan ədalətli olardı, həm də, bununla onlar ölkəmizə olan vəfa borclarını yerinə yetirmiş olardılar”.
O deyib ki, ümumiyyətlə, bu cür nüfuzlu beynəlxalq mükafatlar Azərbaycanın sülh gündəliyinin möhkəmlənməsinə, sülh quruculuğu təcrübəsinin beynəlxalq miqyasda öyrənilməsinə və ölkəmizin qlobal nüfuzunun daha da artmasına mühüm töhfə verir:
“Xüsusilə beynəlxalq norma və qaydaların ciddi şəkildə pozulduğu, qlobal özbaşınalığın və güc siyasətinin hökm sürdüyü indiki mərhələdə Azərbaycanın sülh quruculuğu, qonşularla dinc yanaşı yaşama və qarşılıqlı etimad yaratma təcrübəsinə dünya miqyasında daha çox ehtiyac duyulur. Bu gün Azərbaycan beynəlxalq aləmdə ən çox hörmət və etimad göstərilən azsaylı ölkələrdən biridir. Belə beynəlxalq mükafatlar isə Azərbaycan diplomatiyasının daha təsirli, daha inandırıcı və daha effektiv fəaliyyətinə əlavə stimul yaradır. Fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizi və bütün Azərbaycan xalqını bu ali və nüfuzlu mükafat münasibətilə ürəkdən təbrik edir, ölkəmizə sülh, sabitlik və davamlı inkişaf arzulayıram”
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Baxış sayı:28
Bu xəbər 21 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları