Əhliman Əmiraslanov: Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında deputat Əhliman Əmiraslanov deyib.
O bildirib ki, insanlar arasında ürək damar patologiyasından sonra ən çox tələfat onkoloji xəstəliklər sırasındadır: "Onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur. Onkoloji xidmətə ayrılan vəsait 50 milyon civarında qalıb. Hər gün bu xəstələlə qarşılaşan bir insan kimi deyim ki, bu xəstələrin böyük qrupunu adekvat müalicə etməkdən məhrumuq. Onkoloji xəstələrin müalicəsinə çox vəsait tələb olunur. Razıyam. Amma ilk olaraq, bu xəstələrin müalicəsində istifadə olunan dərmanları icbari tibbi sığorta öz öhdəsinə götürməlidir, bu ilk addım olmalıdır. İTSDA 5 ildir yaranıb, amma onkoloji xəstələrin icbari tibbi sığortaya cəlbi üçün addımlar atılmayıb, bu məsələ çox uzanır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















