Icma.az
close
up
RU
Əli Kərimli ilə bağlı gözlənilməz etiraf Partiya sədrləri elə şeylər yazdılar ki...

Əli Kərimli ilə bağlı gözlənilməz etiraf Partiya sədrləri elə şeylər yazdılar ki...

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, AXCP sədri Əli Kərimli barəsində  2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Bu konteksdə partiya sədrlərinin AXCP sədri haqda fikirləri diqqət çəkib.

Globalinfo.az həmin məlumatı təqdim edir.

Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov qeyd edib ki, Əli Kərimlinin həbsinin Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur:

“Bu, artıq dedi-qodu deyil. Xatırlatmaq lazımdır ki, illər əvvəl Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer almışdı”.

Əli İnsanov

HƏP sədrinin fikrincə, uzun illər yüksək vəzifələrdə təmsil olunan Ramiz Mehdiyev öz səlahiyyətlərindən istifadə edərək təkcə yüksək vəzifəli şəxsləri deyil, siyasi partiya rəhbərlərini və deputatları da təsiri altına sala bilib, onları gizli şəkildə cinayət xarakterli fəaliyyətlərə cəlb edib:

“İndiyə qədər aparılan istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün kifayət qədər dəlil mövcuddur. Bu dəlillər məhkəmədə təsdiqini taparsa, xəyanət yükünü yalnız Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP də daşımış olacaq”.

Əli İnsanov əlavə edib ki, istintaq zamanı ələ keçirilən sənədlər və dəlillər Ramiz Mehdiyevlə Əli Kərimlinin törədilən cinayətlərdə əlbir olmalarına şübhə yeri qoymur:

“Ölkəmizi əsrlərlə işğal edib, sərvətlərini talamış, zaman-zaman soyqırımlar törətmiş bir dövlətin vassalına çevrilmə planı bu cütlüyün vətəndaş hüquqlarından məhrum edilməsinə tam əsas verir”.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev qeyd edib ki, siyasi partiya sədrinin həbsi hər bir halda böyük təəssüf hissi yaradır:

Qüdrət Həsənquliyev

“Həm parlamentdə, həm mediada, həm də ictimai-siyasi həyatda tənqid və alternativ fikir var, ümid edirəm zamanla bu daha da genişlənəcək. Ən diletant birisi belə iqtidarın Əli Kərimlidən çəkinməsini ağlına belə gətirməz, buna inanmaz. İqtidar bilir ki, onun həbsinə görə Qərbin müəyyən dairələrinin təzyiqləri ilə üzləşəcək, amma görünür, gələcəkdə kimlərinsə ondan yenə də pozuculuq məqsədilə istifadə etməsinin qarşısını almaq üçün siyasi məqsədəuyğunluğu bir kənara qoyub, onun barəsində həbs qərarı seçib.

Mətbuatın yazdıqlarına inansaq, bu cinayət hadisəsi barədə (dövlətə xəyanət) məlumatı bizə Rusiya ötürüb. O zaman bir çoxlarında sual yaranır: Rusiya bunu niyə etsin? Axı, Kərimli ən azı Moskvadan göndərilmiş Rüstəm İbrahimbəyovla birlikdə Milli Şuranı yaratmışdı. Burada bir çox faktorlar rol oynaya bilər. Rusiya onu da nəzərə ala bilər ki, Kərimlini həbs etməklə Azərbaycanın Rusiya ilə müharibə vəziyyətində olan Qərb ölkələri ilə münasibətləri yumşaltması çətinləşər. Başqa motivlər də ola bilər”.

Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, ilk dəfədir ki, iqtidar və müxalifət düşərgəsinin ayrı-ayrı nümayəndələri, həm də birlikdə xarici kəşfiyyatla əlbir olaraq (ittihama görə) hakimiyyəti zorla dəyişdirməyə cəhd, vətənə xəyanət kimi ağır maddələrlə ittiham olunurlar:

İqbal Ağazadə

“İttiham o qədər ağırdır ki, hüquq-mühafizə orqanlarının kimisə şərlədiyi barədə fikir yürütmək sadəcə məsuliyyətsizlik olar. Azərbaycan məhkəmələri kifayət qədər ədalətsiz qərar qəbul edib, o proses bu gün də davam edir. Lakin bu nə qaçaqmalçılıqdır, nə də təhqir və böhtan, söhbət Azərbaycana xəyanətdən gedir. Bu prosesdə adı keçən hər kəsin – istər Ramiz Mehdiyev olsun, istərsə də Əli Kərimli və ya adını bilmədiyimiz kimlər – əməli olduqca dəqiq, qərəzsiz və şəffaf araşdırılmalı, hüquqi qiymət obyektiv verilməlidir ki, nə bu ölkəni satmaq istəyən sevinsin, nə də sevən məyus olmasın. Müstəqillik dönəminin ən ağır imtahanından keçirik. Mən hər kəsə azadlıq arzulayıram, bütün dustaqları azadlıqda görmək istəyirəm. Amma ən böyük azadlıq məmləkətimin, ölkəmin azadlığıdır. Azərbaycanın haqqına girən kim varsa, cəzasını almalıdır. İqtidar nəhayət ki, arxivləri açmalı, xarici ölkələrə işləyən və işləmiş şəxslərin dosyesini ictimaiyyətə təqdim etməlidir. Bu kimi məsələlərə son qoymağın tək yolu budur”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa siyasi fəaliyyətlə məşğul olanların həbs olunmasını qətiyyən istəmədiyini bildirib:

Fazil Mustafa

“Lakin düşünürəm ki, hakimiyyət orqanlarının əlində yetərli səviyyədə əsaslar olmasaydı, həm uzun müddət dövlət orqanlarında ən yüksək postlardan birinə sahib olmuş Ramiz Mehdiyevin dövlət əleyhinə fəaliyyəti, həm də onunla radikal müxalifətçiliyin idolu kimi özünü təqdim edən Əli Kərimlinin  əməkdaşlığı ilə bağlı məqamlar üzrə bu cür sərt addımlar atılmazdı. Hər halda istintaq orqanları bu cinayət işini hərtərəfli araşdırdıqdan sonra daha aydın mənzərə üzə çıxacaq”.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri