Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

İcra başçısının nümayəndəliyi möhürü itirdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Əlibəyli: PKK nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür

Əlibəyli: PKK nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


"Son günlər gündəmi zəbt edən əsas məsələlərdən biri terror təşkilatı PKK-nın özünu buraxaraq siyasi və hüquqi yolla fəaliyyət göstərəcəyini bəyan etməsidir. Bununla bağlı bəzi təhlillərdəki narahatlıqları da başa düşmək olar. Çünki PKK indiyə qədər siyasi və hüquqi yolla fəaliyyət göstərən qurum yox, silahlı terror təşkilatı idi. Onun üzvləri xaincəsinə hücumlar edir, terror aktları törədir, dinc insanları öldürür, qan tökür və Türkiyənin ərazi bütövlüyünü zorla dəyişdirməyə cəhd göstərirdilər".
Bunu “Reytinq” qəzetinə açıqlamasında Aydınlar Partiyasının sabiq sədri Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, PKK-nın siyasi qanadı sayılan partiyaların və Türkiyə parlamentində millət vəkili kimi təmsil olunan şəxslərin də fəaliyyəti Türkiyənin ümumdövlət maraqlarından daha çox PKK-nın seperatçı-terrorçu maraqlarını müdafiəsinə yönəlmişdi.
"PKK təxminən yarım əsr müddətində regionda siyasi sabitliyi pozan, xüsusən də Türkiyənin milli təhlükəsizliyini əsaslı şəkildə təhdid edən bir güçə çevrilə bilmişdi. Burada, həm də bəzi məqamları qeyd etmək vacibdir:
Birincisi, PKK özünü buraxmaq qərarında terror fəaliyyətini kürd məsələsini demokratik yolla həll səviyyəsinə gətirib çıxaran mübarizə və tarixi missiya kimi qiymətləndirir.
İkincisi, bir neçə il bundan əvvəlki “demokratik kürd acılımı” prosesindən bu şəbəkə öz qanlı terror fəaliyyətini daha da genişləndirmək üçün istafadə etdi. Ona görə də bu hörgütün və onun üzvü olan şəxslərin silahları təhvil verərək normal sivil fəaliyyət yoluna qayıdacaqları çoxlarına haqlı olaraq inandırıcı görünmür.
Lakin PKK-nın əleyhinə olan müəyyən məqamlar da nəzərə alınmalıdır. Prezident Ərdoğan başda olmaqla, bütövlükdə Türkiyə hakimiyyətinin həyata keçirdiyi ardıcıl siyasi xətt, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin sərt və uğurlu əməliyyatları yeni siyasi və hərbi reallıqlar yaradıb. İndi PKK-nın təsir imkanları əhəmiyyətli dərəcədə azalıb, Türkiyə daxilində demək olar ki, yox dərəcəsinə endirilib. Suriya, İraq və digər ərazilərdə isə ona sarsıdıcı zərbələr vurulub. İndiyə qədər PKK-nı dəstəkləyən, ondan Türkiyəyə qarşı təzyiq kimi istifadə edən dövlətlər də bir qədər geri çəkilmiş kimi görünürlər. Buna görə də PKK-nı silahı yerə qoyaraq özünü burxmağa məcbur edən Türkiyə hakimiyyətinin fəaliyyəti müəyyən risklərlə əlaqədar olsa da, həqiqətən tarixi bir fəaliyyət kimi qiymətləndirilməlidir",- deyə Əlibəyli əlvə edib.

Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 May 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see218

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see216

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see160

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see156

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see142

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see140

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see139

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see139

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri