Icma.az
close
up
RU
ƏMƏK MÜQAVİLƏSİ OLMADAN ÇALIŞMAQ... Azərbaycanda geniş yayılmış bu problemin həlli varmı?

ƏMƏK MÜQAVİLƏSİ OLMADAN ÇALIŞMAQ... Azərbaycanda geniş yayılmış bu problemin həlli varmı?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycanda əmək bazarındakı ən ciddi problemlərdən biri işçilərin əmək müqaviləsi olmadan işlədilməsidir. Qanunvericiliyə əsasən əmək müqaviləsi bağlamaq məcburidir, lakin bu tələb tez-tez pozulur. Xüsusilə özəl sektorda bu cür hallar geniş yayılıb.

Rəsmi müqavilə olmadan çalışan işçilər bir sıra çətinliklərlə üzləşirlər: maaşları vaxtında verilmir, bəzən isə ümumiyyətlə ala bilmirlər, sosial sığorta haqları ödənilmir, xəstəlik və ya əmək qabiliyyətinin itirilməsi hallarında sosial yardım ala bilmirlər. Belə işçilər iş şəraitində yaranan problemlər zamanı hüquqi müdafiədən məhrum qalır, işdən çıxarıldıqda isə kompensasiya və digər hüquqlarını tələb edə bilmirlər.

Ölkədə 3,3 milyon insan qeyri-rəsmi çalışır...

Rəsmi statistikaya əsasən, Azərbaycanda ümumi məşğul əhalinin sayı təxminən 5 milyon nəfərdir. Bu şəxslərin yalnız 1,7 milyonu əmək müqaviləsi ilə çalışan, yəni muzdlu işçilərdir. Deməli, təxminən 3,3 milyon insan qeyri-muzdlu və ya qeyri-rəsmi sektorda çalışır. Bu rəqəm ölkə əmək bazarının böyük hissəsinin qeyri-rəsmi və ya qeyri-sabit olduğunu göstərir.

3,3 milyon nəfərlik bu kütlə kimlərdən ibarətdir?


Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 700 minə yaxın aktiv fərdi sahibkar qeydiyyatdadır. Lakin bu şəxslərin bir hissəsi faktiki sahibkar deyil, sadəcə işəgötürənlər tərəfindən əmək müqaviləsi əvəzinə fərdi sahibkar kimi qeydiyyata alınaraq işə cəlb edilən şəxslərdir. Bu, qanundan yayınma üsullarından biridir.

Eyni zamanda, kənd təsərrüfatı sektorunda çalışan 1 milyondan çox insanın əksəriyyəti əmək müqaviləsi və sosial sığorta olmadan fəaliyyət göstərir. Həmçinin tikinti, restoran, obyekt təmizliyi, gündəlik əmək tələb edən sahələrdə də minlərlə insan müqaviləsiz çalışır.

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, Azərbaycanda qeyri-rəsmi məşğulluq səviyyəsi 45–50% civarındadır. Bu göstərici inkişaf etməkdə olan ölkələr üçün xarakterik olsa da, region ölkələri ilə müqayisədə yüksəkdir. Məsələn, Gürcüstanda – 32%, Qazaxıstanda – 28–30%, Türkiyədə isə 30–35% təşkil edir.


Bu cür hallarla qarşılaşan işçi nə etməlidir?

Əgər işçi əmək müqaviləsi olmadan çalışdırılır və hüquqları pozulursa, aşağıdakı qurumlara müraciət edə bilər:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Nazirlik və onun tərkibində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilə bilər.Elektron Hökumət Portalı (www.e-gov.az)
İşçi əmək müqaviləsinin sistemdə qeydiyyatda olub-olmadığını yoxlaya bilər. Əgər müqavilə sistemdə yoxdursa, bu hüquq pozuntusudur.Əmək Müfəttişinə elektron şikayət
dmx.gov.az və ƏƏSMN-in rəsmi saytında “müraciət et” bölməsindən istifadə etməklə edilə bilər.Baş Prokurorluq
Əgər hüquq pozuntusu cinayət xarakterlidirsə (məsələn, kütləvi müqaviləsiz işəgötürmə), rəsmi şəkildə müraciət edilə bilər.Həmkarlar İttifaqları
İşçi aid olduğu həmkarlar təşkilatına hüquqi yardım üçün müraciət edə bilər.Qeyri-Hökumət Təşkilatları
Əmək hüquqları üzrə fəaliyyət göstərən QHT-lər (məsələn, Əmək Hüquqlarının Müdafiəsi Liqası) hüquqi yardım göstərə bilər.Məhkəmə
Digər vasitələrlə hüquqlar bərpa olunmazsa, müvafiq rayon inzibati-iqtisadi məhkəməsinə müraciət oluna bilər.

Hüquqşünas Azər Quliyev nə deyir?

Hüquqşünas Azər Quliyev “AzPolitika”ya açıqlamasında bildirib ki, bu sahədə müəyyən tədbirlər görülsə də, problemin kökü hələ aradan qalxmayıb. 

Onun sözlərinə görə, işəgötürənlərin əsas məqsədi vergidən və sosial sığorta ödənişlərindən yayınmaqdır: “Bu halda ikili mühasibatlıq yaranır. Məsələn, işçiyə 1000 manat verilir, amma sənədlərdə 300-400 manat göstərilir. Əmək müqaviləsi isə işçiyə həm hüquqi təminat, həm də sosial təminatlar (məsələn, bülleten, pensiya hüququ və s.) verir. Lakin təəssüf ki, bu, həmişə tətbiq edilmir”.

A. Quliyev qeyd edir ki, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu hallarla mübarizə aparsa da, problem qalmaqdadır: “Yoxlamalar zamanı əmək müqaviləsi olmadan işləyən işçilər aşkar edilərsə, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manatadək cərimələnə bilər. Təkrar hallar və cinayət tərkibi müəyyən olunarsa, məsul şəxslər 1 ilə qədər azadlıqdan məhrum edilə bilər (CM-nin 363-cü maddəsi)”.

Hüquqşünas həmçinin bildirir ki, həmkarlar ittifaqları da bu məsələyə yetərli diqqət göstərmir: “Mən görməmişəm ki, bir həmkarlar ittifaqı sədri işəgötürənə desin ki, filan işçinin niyə müqaviləsi yoxdur. Halbuki bu, həmkarlar təşkilatının da marağında olmalıdır. Çünki yalnız müqaviləli işçidən üzvlük haqqı alınır”.

Ekspertlərin fikrincə, bu problemin həlli üçün aşağıdakı tədbirlər vacibdir:

Rəqəmsal nəzarət sistemlərinin təkmilləşdirilməsiƏmək Müfəttişliyi Xidmətinin səlahiyyətlərinin və imkanlarının artırılmasıCərimələrin sərtləşdirilməsiİşçilərin və işəgötürənlərin maarifləndirilməsiHəmkarlar ittifaqlarının daha fəal rol oynamasıŞəffaf əmək münasibətlərinin təşviqi

E. Bəyməmmədli
“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri