Icma.az
close
up
RU
“Ermənistanda impiçment cəhdləri uğursuz ola bilər” ARZU NAĞIYEV

“Ermənistanda impiçment cəhdləri uğursuz ola bilər” ARZU NAĞIYEV

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ekspertlər bildirir ki, Ermənistan vaxtaşırı həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Bu cəhd ölkə daxilində müxtəlif reaksiyalar doğurur.

Görəsən, bu amil Ermənistanın baş nazirini vəzifəsindən devirməyə kifayət edəcəkmi?

Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev mövzunu belə şərh edib:

“Zaman-zaman müxalif qüvvələr də başa düşdü ki, bu məsələlərdə hansısa addım atılsa belə, nəticə əldə etmək çətindir. Sarkisyan bir müddət öncə iki yol göstərmişdi. Parlament və Nepal yolu.

Bu, onun sözlərindəki ifadədir və hakimiyyətin dəyişdirilməsi ilə bağlıdır. Bu mövqe əsasən Qarabağ klanının təmsilçiləri olan Koçaryan və Sarkisyanın mövqeyini əks etdirir və bəzi xarici dövlətlər də onları dəstəkləyirdi.

Lakin bugün artıq həmin dəstək mövcud deyil və Levon Ter-Petrosyan məsələsi gündəmə gəlib. Levon Ter-Petrosyanla Rusiya səfirliyində görüşlər keçirilir. Yəni, artıq vəziyyət elə bir nöqtəyə gəlib ki, “Tək Şərəfin Var” Partiyasının istəkləri ilə impiçment prosesini həyata keçirmək mümkün deyil”.

Arzu Nağıyev qeyd edib ki, müharibədən sonra məğlub bir dövlətin seçkilərində Paşinyanın qələbə çalması həm vətəndaşların, həm də Qarabağ klanının siyasətindən narazı qalanların mövqeyini göstərir.

“Əsas məqamlardan biri budur ki, Qarabağ klanı bilir. Azərbaycanla Ermənistan arasında müqavilə imzalansa və Türkiyə ilə sərhədlər açılsa, onlar birbaşa məsuliyyət daşıyacaq. Bu həm öz vətəndaşlarına qarşı, həm də Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayətlərə görədir.

Buna görə də, onlar müxtəlif cəhdlərlə bu variantları gündəmə gətirirlər. Hətta bəzi deputatlar çıxışları zamanı Qarabağla bağlı qondarma qurumun köhnə bayrağından istifadə edirlər, guya ki, bu, bölgəyə dəstək göstərir.

Hazırda hakimiyyət buna dözümlülük göstərir və qeyd edir ki, həmin fraksiyanın səs çoxluğu ilə qalib gəlməsi mümkün deyil. Onlar digər partiyalardan deputatları cəlb etməyə çalışsalar da, impiçment prosesini həyata keçirmək mümkün olmayacaq. Paşinyan isə bu istiqamətdə rahat mövqe sərgiləyir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Sentyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri