Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında qanun layihəsini qəbul etməyib
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Estoniya parlamenti hökumətə Rusiya ilə sərhədin bağlanmasını təklif edən qanun layihəsini dəstəkləməyib.
525.az “Report” a istinadən xəbər verir ki, qanun layihəsi martın 20-də keçirilən iclasda rədd edilib.
“Vətən” fraksiyasından olan təşəbbüs müəllifləri iddia ediblər ki, Rusiyanın təhlükəsizlik təhdidi, hücumları və artan düşmənçilik fəaliyyəti fonunda hökumət Estoniya-Rusiya quru sərhədini mümkün qədər tez bağlamaq qərarına gəlməlidir. Bu, təhdidlərə qarşı tədbir kimi təklif edilmişdi.
Səsvermə zamanı 14 deputat qanun layihəsinin lehinə, 61 deputat əleyhinə səs verib, daha sonra o, baxılacaq məsələlər siyahısından çıxarılıb.
Qeyd edək ki, Estoniya parlamentinin ümumilikdə 101 üzvü var.
Əlavə edək ki, hazırda Estoniya ilə Rusiya arasında rəsmi olaraq müəyyən edilmiş dövlət sərhədi yoxdur, bunun əvəzinə müvəqqəti nəzarət xətti var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 Mart 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















