Icma.az
close
up
RU
ETN in bu qərarı qızların təhsil hüququnun pozulmasına səbəb olacaq AÇIQLAMA

ETN in bu qərarı qızların təhsil hüququnun pozulmasına səbəb olacaq AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Ölkə üzrə qızların təhsil  hüquqlarının ciddi  pozulması halları hiss olunmur.  Düzdür, orta təhsil pilləsində bəzi regionlarda valideynləri tərəfindən qızların təhsildən yayındırılması halları müşahidə edilir, amma buna qarşı tədbirlər də olur. Ailələrlə görüşüb söhbət aparılır, təhsilin vacibliyi bir daha onlara izah edilir".

Bu barədə Redaktor.az-a təhsil eksperti, dosent İlham Əhmədov bildirdi. Onun sözlərinə görə, ali təhsil pilləsində qızların sayı daha çoxdur, burada əslində oğlanların hüquqi pozulub:

"Məsələn, Bakı Dövlət Universitetində oxuyan tələbələrin 70 faizi qızlardır. Azərbaycan Dövlət Pedoqoji Universitetində təhsil alanların da böyük əksəriyyəti qızlardır. Humanitar profilli universitetlərdə qızların sayı çoxluq təşkil edir. Texniki yönümlü universitetlərdə isə qız tələbələrin sayı 50 %-dən azdır. Yəni, ali təhsil sahəsində qızların sayı ilə bağlı problem yoxdur. Elə magistratura, doktorantura pilləsində təhsil alanların da çoxunu qızlar təşkil edir. Yəni, qızların təhsil hüquqlarının pozulması halları əsasən məktəb illərində olur, ali təhsil pilləsində buna az təsadüf edilir. Bəzən ali təhsili olmayan valideynlər öz uşaqlarını həyata düzgün yönləndirə bilmirlər. Amma təcrübə göstərir ki, ali təhsilli valideynlərin də bu məsələdə səhvləri az olmur. Təhsil amili dövlətin, cəmiyyətin, fərdin həyatında çox önəmlidir. Təhsilsiz ailələrdə bir çox hallarda uşağın təhsilinə yaxşı şərait olmur, buna xüsusi diqqət yetirilmir. Təhsil hər bir dövlətin prioritet sahəsidir. Təhsil milli təhlükəsizlik, güvənlik, suverenlik məsələsidir. Təhsilə dövlət səviyyəsində ciddi fikir vermək lazımdır".
İlham Əhmədov vurğuladı ki, təhsil dedikdə sadəcə dərsə gedib, sonda diplom almaq nəzərdə tutulmur:

"Təhsil dedikdə insanın həqiqi savada sahib olması, sistemli biliyə, dünyagörüşünə, 21-ci əsrin vərdişlərinə sahib olmaq nəzərdə tutulur. Bu gün gənclər lazımi məlumatları müasir texnologiyalar hesabına əldə edə bilirlər. Bu gün hər bir gəncin İnternet və süni intellektdən düzgün istifadə bacarığına sahib olması vacibdir. Formal (rəsmi) təhsil ala bilməyən insanlar bu vasitələrdən düzgün istifadə edə bilsələr, məişət və peşə fəaliyyətində yaranan bir sıra problemlərini həll edə bilərlər. Bu gün dünyada kifayət qədər zəngin insan var ki, ali təhsilli deyillər. Hər bir insan mütaliəyə meyilli, zehinli, kreativ olarsa, yenilikləri izləyərsə, öz üzərində daim çalışarsa, həyatda uğur qazana bilər. Eyni zamanda, ali təhsili olub, lakin sonralar öz üzərində işləməyən, biliyini davamlı artırmayan insanlar da var. Belələri həyatda rəqabətədavamlı olmurlar. Yaşadığımız informasiya əsri belə insanları sevməz. İndi baza təhsili nə səviyyədə olmasından asılı olmadan, müstəqil öyrənməyi bacarmayan adamlar savadlı adam hesab edilmir. Bu gün insanların müstəqil şəkildə yeni peşələr öyrənib, bu sahələrdə çalışa bilməsi də aktualdır. Çünki, bir çox peşələr sıradan çıxır, bəzi yeni peşələr yaranır, dünyada yeni məşğlluq reallığı formalaşır. Süni intellekt bir çox sahələri transformasiya edəcəkdir.  
Bu il Sənaye İnqilabı Mərkəzi 4 Sİ Akademiyası 200 min Azərbaycan vətəndaşına OURSERA şirkəti vasitəsi ilə onlayn təlimlər keçəcək. Bildiyim qədər, bu təlimlərə ödəniş dövlət tərəfindən edilib. İnsanlar pulsuz olaraq müxtəlif yeni peşələr üzrə təlimlər keçəcəklər. Gənclərimiz daim axtarışda olmalı, hər bir belə fürsətdən istifadə etməlidirlər. Bu sahədə vətəndaş cəmiyyətləri də fəal olmalıdırlar".

Dosent qeyd etdi ki, ölkəmizdə  kütləvi maariflənmənnin reallaşmasına imkan yaradan müasir təhsil texnologiyası -distant təhsil sistemi hələ də yaradılmayıb: 

"Bu ölkənin təhsil siyasətini həyata keçirən dövlət qurumunun - Elm və Təhsil Nazirliyinin mühüm strateji səhvidir. Bu səbəbdən indi 200 min nəfər vətəndaşımızın əlavə maariflənməsi üçün xarici şirkətlərə 10 milyonlarla dollar vəsait ödəməli oluruq. Ölkədə distant təhsil sisteminin olmaması qız uşaqlarının təhsildən geri qalması səbəblərindən biridir. Belə ki, bəzi valideynlər qızlarını Bakıya ali təhsil almağa göndərmək istəmirlər. Amma universitetlərimizdə, kolleclərimizdə distant təhsil olsa idi, qızlarımız elə rayonda, ailələrinin yanında qalaraq distant təhsil alardılar. Bu isə ümumən ölkədə təhsil səviyyəsini yüksəldə bilərdi. 
Gələcəkdə bizi gözləyən başqa bir problem isə ETN-nin yaxın gələcəkdə 1500 məktəbi rasionallaşdırmaq istəyidir. Bu halda ucqarlarda yerləşən kiçik kəndlərin 1500 məktəbi bağlanacaq. Şagirdlər təhsil üçün qonşu kəndlərə gedəcəklər. Ola bilsin ki, bəzi valideynlər qızlarını oxumaq üçün başqa kəndlərə göndərməsinlər. Bu da qızların təhsil hüququnun pozulmasına səbəb olacaqdır", - deyə ekspert vurğuladı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Fevral 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri