Gürcüstan vətəndaşları üçün Yaxın Şərqdən xüsusi reyslər təşkil ediləcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 3 mart, AZƏRTAC
Hazırda xaricdə olan və ölkəyə qayıtmaq istəyən Gürcüstan vətəndaşları üçün Yaxın Şərqdən xüsusi reyslər təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı məlumatında bildirilib.
Açıqlamada qeyd olunub ki, bir sıra ölkələrin hava məkanının bağlanması səbəbindən səyahətlərdə fasilələr yaranıb. Nəticədə vaxtında geri qayıtması mümkün olmayan Gürcüstan vətəndaşları üçün hökumətin qərarı ilə xüsusi reyslər həyata keçiriləcək.
Uçuşlar Maskat – Tbilisi (3-5mart) və Ər-Riyad – Tbilisi marşrutu üzrə (4 mart) yerinə yetiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:Qazaxıstan vətəndaşları Yaxın Şərqdən çıxırlar
03 Mart 2026 17:53
Yaxın Şərqdən neft tədarükündəki fasilələr kompensasiya ediləcək...
12 Mart 2026 20:29
Azərbaycan Gürcüstan dostluğu Şərqdən Qərbə əməkdaşlıq körpüsüdür
13 Aprel 2025 00:18
Ərdoğan Yaxın Şərqdən danışdı
29 Noyabr 2025 21:53
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur
26 Yanvar 2025 17:43
Baxış sayı:129
Bu xəbər 03 Mart 2026 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















