Icma.az
close
up
RU
Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları deportasiya olunacaqlar

Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları deportasiya olunacaqlar

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 14 iyul, AZƏRTAC

Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları həbs olunmaq əvəzinə, deportasiya ediləcəklər. Onların Gürcüstana girişi cinayətin ağırlığından asılı olaraq, iki ildən iyirmi ilə qədər və ömürlük qadağan olunacaq.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinə dəyişikliklər edilib.

Həmin dəyişikliklərlə məhkəmələrə konkret cinayətlərə görə cəza tədbiri kimi əcnəbilərin ölkəyə girişinə qadağa qoyulması ilə ölkədən qovulmadan istifadə etmək hüququ verilir. Bu dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, Gürcüstan sərhədini qanunsuz keçməkdə, miqrantları qanunsuz daşımaqda və ya qeyri-qanuni miqrantların ölkədə qalmasına şərait yaratmaqda təqsirləndirilən əcnəbilər üçün həbs cəzasına alternativ olaraq Gürcüstandan çıxarılma və müəyyən müddətə ölkəyə girişinə qadağa tətbiq oluna bilər. Eyni zamanda, oktyabrın 1-dən Cinayət Məcəlləsində Gürcüstandan deportasiyaya məhkum edilmiş və müəyyən müddətə ölkəyə gəlişi qadağan olunmuş və ya barəsində Gürcüstandan deportasiya edilməsi barədə məhkəmə qərarı olan əcnəbinin məhkəmə qərarının icrasına maneçilik törətməsi cinayət sayılacaq yeni maddə qüvvəyə minəcək. Əcnəbi səyahət sənədini qəsdən məhv etdikdə, belə sənədə malik olmadıqda, sənədin alınması prosedurundan yayındıqda və ya məhkəmənin qərarını başqa şəkildə yerinə yetirməkdən imtina etdikdə ölkədən deportasiya olunacaq və ya bir ildən altı ilədək müddətə azadlıqdan məhrum ediləcək. Bu cür hərəkətin və ya zorakılıq və ya zorakılıq hədəsi ilə müşayiət olunan hərəkətin təkrar törədilməsi beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrumetmə və ya dərhal deportasiya ilə nəticələnir.

Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbinin Gürcüstandan çıxarılması və müəyyən müddətə ölkəyə girişinə qadağa qoyulması cinayət törətdiyinə görə Gürcüstanda statusu olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin iradəsi əleyhinə olaraq Gürcüstanı tərk etməsinin təmin olunmasını nəzərdə tutur. Belə ki, az ağır cinayətə görə iki ildən on ilədək müddətə, ağır və xüsusilə ağır cinayətə görə beş ildən iyirmi ilədək müddətə və ya ömürlük, məhkəmə işin hallarını və cinayətkarın şəxsiyyətini nəzərə alaraq, onun Gürcüstanda qalmasının məqsədəuyğun olmadığını müəyyən etdikdə, cəza növü kimi əcnəbinin Gürcüstandan çıxarılması və müəyyən müddətə bu ölkəyə girişinə qadağa qoyulması tətbiq edilə bilər. Həmçinin Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsində cəza kimi nəzərdə tutulmasa belə, deportasiya əcnəbiyə əlavə cəza kimi təyin edilə bilər.

Əcnəbinin Gürcüstandan çıxarılması və müəyyən müddətə bu ölkəyə girişinə qadağa qoyulması əcnəbinin siyasi əqidəsinə görə təqib olunduğu və ya Gürcüstan qanunvericiliyi ilə cinayət sayılmayan əməlinə görə təqib edildiyi, yaxud insan hüquqlarının və sülhün qorunması, mütərəqqi ictimai-siyasi, elmi və ya sağlamlığı üçün təhdid və ya yaradıcılıq fəaliyyətinə görə təqib edildiyi dövlətə deportasiya oluna bilməz.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see265

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see220

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see202

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see176

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see171

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see166

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see150

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see142

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see135

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see135

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see134

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see130

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see129

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see126

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see125

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see125

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see125

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri