Icma.az
close
up
RU
Həbsdəki alim bəraət tələb edir

Həbsdəki alim bəraət tələb edir

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə araşdırması yekunlaşmaq üzrədir.

Gununsesi.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas müdafiə çıxışları ilə davam edib.

Fazil Qasımovun vəkili məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. Müdafiəçi nitqində əsaslarını hakimlərin diqqətinə çatdırıb.

Çıxışlar mərhələsi bitdikdən sonra Anar Əliyev son söz deyib. O, məhkəmədən barəsində humanist hökm çıxarılmasını xahiş edib.

Fazil Qasımov isə son sözdən əvvəl vəkili ilə konfidensial ünsiyyət yaradılmasına icazə istəyib. Bu səbəbdən prosesə 20 dəqiqə fasilə verilib.

Qasımovun hər dəfə uzun çıxışlar etməsi və çoxsaylı vəsatətlər qaldırması birgə ittiham olunduğu Anar Əliyevin narazılığına səbəb olub. Bundan əvvəlki iclasda o, “bura ancaq Fazil Qasımovun vəsatətlərinə qulaq asmaq üçün yığışırıq. Xahiş edirəm, məhkəmə yekunlaşsın. Bu adam işi qəsdən uzadır, ürəyim sıxılır” , – deyə etiraz etmişdi. 

Bu dəfə də F.Qasımov vəkili ilə söhbətindən sonra son sözünün kifayət qədər uzun olduğunu bildirib. Eyni vəziyyət  Anarın yenə narazılığına səbəb olub. O, bu dəfə də “Məhkəməni yekunlaşdırın artıq” deyə şikayətlənib.

İş vaxtı bitdiyindən Qasımovun son sözü yarımçıq qalıb. Növbəti iclas gələn həftəyə təyin edilib.

Qeyd edək ki, Prokuror Fazil Qasımovun 10, Anar Əliyevin 6 il azadlıqdan məhrum edilməsini tələb edir.

Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Eyni cinayət əməlinə görə təqsirləndirilən professor Qubad İbadoğlu isə həbs edildikdən bir neçə ay sonra nəzarət şərti ilə azadlığa buraxılıb.

Gununsesi.info

(Qafqazinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri