Icma.az
close
up
RU
Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə səfərbərlik və hərbi xidmətə çağırış, eləcə də ehtiyatda olan şəxsi heyətin qeydiyyatı sahəsində vəziyyətin bu istiqamətdə aparıcı dövlətlərdə görülən işlərlə uyğunlaşdırılması üzrə tədbirlər keçirilir. Belə  ki, qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində bir sıra qanunlara dəyişikliklər edilmişdir. Həmçinin çağırışçılar və hərbi vəzifəlilər özləri haqqında məlumatları vaxtında vermədikdə, möhlətləri olanlar tələb edilən vaxtda xidmətin qeydiyyatda olduqları struktur bölmələrinə gəlmədikdə barələrində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əsasən tətbiq olunacaq tədbirlər də sərtləşdirilmişdir.

Artıq vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə isə onların qanuni nümayəndələri — valideynləri, övladlığa götürənlər və ya himayəçiləri) öz hərbi vəzifələrinin icrası ilə bağlı məlumatlarla tanış olmaq, məlumatları əldə etmək, müvafiq məlumatların dəyişdirilməsi üçün müraciət etmək, dəyişikliklərlə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifə (elektron kabinet) yaratmalıdırlar.

Bununla yanaşı hərbi uçot, qeydiyyat ünvanının dəyişdirilməsi, sağlamlığa görə möhlət, növbəti müayinə vaxtı və digər məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş hərbi biletdə də qeyd olunur (hərbi biletdəki məlumatlarla https://e-qanun.az/framework/31791 saytında tanış olmaq mümkündür).

Bəs qanunu pozmamaq və cərimələnməmək üçün nələrə diqqət yetirmək lazımdır? Ümumiyyətlə vətəndaşların dövlət qarşısında hansı öhdəlikləri vardır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirdi ki, əslində hərbi vəzifəlilərin öhdəlikləri onların hərbi biletlərinin müvafiq səhifələrində qeyd olunub.

“Qeyd edim ki, hazırda Dövlət Xidmətinin göstərdiyi bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Qanunvericiliyə edilmiş dəyişikliklər milli təhlükəsizliyimizi gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətli komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır. Azərbaycan Respublikasının vətəndaşlarının hərbi xidmətə çağırışı, o cümlədən tibbi müayinədən keçməsi və tibbi şəhadətləndirmə ilə bağlı məlumatlandırma, həmçinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir və bununla bağlı çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirilir. Təbii ki, “MyGov” mobil tətbiqini yükləmək də zəruridir. Xəbərdar olunmuş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır”.

Şöbə rəisinin sözlərinə görə qanunda edilən dəyişikliklərə görə hərbi uçot, hərbi qeydiyyat, çağırış və səfərbərlik qaydalarını pozanvətəndaşlara münasibətdə məsuliyyət tədbirləri sərtləşdirilib və cərimələrin məbləği artırılıb. “2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı hamının Dəmir Yumruq ətrafında birləşərək Vətənin müdafiəsinə getmək istəməsi vətəndaşların həmrəyliyini və gücünü nümayiş etdirdi. Əsas məqsədimiz sülh dövründə də vətəndaşla dövlət qurumları arasında olan münasibətləri daha şəffaf və məsuliyyətli olmasını təmin etməkdir. Bir daha vətəndaşlara səslənərək bildirmək istərdik ki, hərbi vəzifələrin icrası ilə bağlı dövlət qarşısında olan öhdəliklərinə məsuliyyətlə yanaşsınlar”, - deyə, Pərviz Sədrəddinov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see142

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see141

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see135

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see127

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see125

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see125

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see124

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see124

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see123

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

III MDB Oyunları: Azərbaycan cüdo yarışlarında beşinci qızıl medalını qazanıb YENİLƏNİB 7

04 Oktyabr 2025 18:50see123

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see122

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see122

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see121

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see121

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see119

UEFA nın ən çox pul mükafatı verdiyi 10 ölkənin adı açıqlandı

05 Oktyabr 2025 01:30see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri